SABİRABADIN İCRA BAŞÇISI OLİQARX İMİŞ... - Obyektlərinin SİYAHISI (Yenilənib)

Sabirabadlı qazi Elvin Cəfərovun intiharı son günlər ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Belə ki, Elvin Cəfərov intihar hadisəsindən bir gün əvvəl çəkdiyi videoda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun ona diqqət göstərmədiyini, qəbuluna düşə bilmədiyini qeyd etmişdi.

Xatırladaq ki, Elvin Cəfərovun intiharı Sabirabadda baş verən ilk analoji hadisə deyil. Belə ki, bundan bir ay öncə Sabirabad rayonunun Cavad kəndindən olan Vətən müharibəsi iştirakçısı Manafov Maşalla 16 iyun 2022-ci il tarixdə Sabirabad Rayon İcra Hakimiyyəti binasından çıxdıqdan sonra kəndin ərazisində yerləşən çöl-pay torpağında özünü asaraq intihar etmişdi.

Qeyd edək ki, Qarabağ qazilərinə qarşı laqeyd münasibət göstərən Siraqəddin Cabbarov 1959-cu ildə İmişlidə anadan olub, 1981-ci ildə Politexnik İnstutunun mexanik ixtisasını bitirib. Bir müddət Bakı Metaləritmə zavodunda komsomol katibi olub.

1989-cu ildən 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyətində Təsərrüfat şöbəsinin müdiri və başçının müavini vəzifələrində çalışıb. 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən bugünədək isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Siraqəddin Cabbarovun Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev sayəsində vəzifə aldığı bildirilir.

Mətbuatda yayılan məlumatlara görə, S.Cabbarov Binəqədidə icra başçısının müavini olarkən, müxtəlif avtobus marşurutlarını ələ keçirib, rayon ərazisində xeyli ticarət obyektlərinə, mülklərə sahib olub. Hətta bəzi iddialara görə, icra başçısı Binəqədi rayonunda dəyəri 100 minlərlə ölçülən villa tikdirərək, bir xanıma hədiyyə edib.

"AzPolitika.info"-ya verilən məlumatlarda isə Siraqəddin Cabbarovun paytaxtın 7-ci mikrorayon adlanan ərazisində çoxsaylı obyektlərə sahib olduğu iddia edilir.

Həmin obyektlərin bir qisminin adını oxucalara təqdim edirik:

- "Aran Ticarət Mərkəzi";

- "Aran" restoranı;

- Binəqədi rayonu ərazindəki "Qədim Qəbələ" restoranı;

- "100 cars" avtomobil salonu;

- 7-ci mikrorayon ərazisində yerləşən xeyli sayda mağaza və obyekt.

- Saatlıda H. Zərdabi, ev 74 ünvanında bir mənzil;

- Sabirabadda Füzuli K. DG-1, ev 1 ünvanında bir mənzil;

- Binəqədidə 1 hektarlıq ərazidə yerləşən dəbdəbəli villa;

- Saatlıda kafe, restoran və obyektləri;

- Sabirabadda restoran və hoteli mövcuddur;

Qeyd olunanlarla bağlı Siraqəddin Cabbarovun da mövqeyini dərc etməyə hazırıq.

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Şəkili 2022-07-22 00:36:48

Oliqarx icra başçılartıəndan biri də elxan Usubovdur, arxası çox güclüdür, bu səbəbli Şəkini Holdinq kimi idarə edir, düz 12- ildir, 12 ildə icra başçısı olar........ Topdağıtmaz var dövlət sahibidir ! Yalnız ona DTX gücü çatar ?

Saatlı sakini 2022-07-16 12:11:12

Hələ Türkiyə və İspaniyada oğlunun adına olan ev və şirkətləri, Saatlı rayonu ərazisindəki obyekt və torpaq sahələrini unutmusunuz.

dadaşyev 2022-07-15 18:40:19

Hansı başçı maaşla dolanır ki?Bu da onlardan biri.İmkan verilməsə o qədər obyekt sahibi olarlarmı?Amma imkan niyə verilir?Niyə elə ilk obyekt alan kimi yaxasından yapışmırlar ki,sənin Konstitusiyaya görə ticarətlə məşğul olmağa hüququn yoxdu?Bircəciyindən vaxtında yapışsalar o birilər də farağat dayanarlar.Yoxsa qanunun biriləri tərəfindən tapdalandığına göz yumulduğunu görüncə millət təbii ki narazı olacaq hər şeydən.Üstəlik həmin o biriləri icra hakimiyyətinin başçılarıdırsa vay o cəmiyyətin halına.37-ci ildə Qubanın rəhbər işçilərindən bir neçəsi Qubada kolxoz sədri olan Seyid Məsumənin ad gününü təbrik etmişdilər,o qadın Bağırovun doğmaca bacısıydı deyə pul verməkdən qorxmuşdular,sadəcə konfet-filan hədiyyə etmişdilər,Bağırov bunu eşidən kimi dərhal onların hamısını həbs etdirmişdi,ilim-ilim itmişdilər o adamlar.Niyə?Çünki qanun hamı üçün eynidir.Sən əgər rayonda o qədər kolxoz sədrlərini qoyub yalnızca Seyid Məsuməni təbrik edirsənsə,demək Bağırova yaltaqlanırsan.Yaltaqlanırsansa demək işində nöqsan var.İşini adam kimi gör ki,yaltaqlanmağa məcbur olmayasan.Quba qocalarından soruşun,hadisəni yerli-yataqlı danışsınlar sizə,əgər şübhə edirsinizsə dediklərimə.Bax,millət ona görə də bu gün də Montində onun vaxtında tikilən mosta, adına nə ad verilməyindən asılı olmayaraq “Bağırov mostu” deyir.Halbuki Bağırov oliqarx deyildi,o mosta o pul qoymamışdı,sadəcə,onun hakimiyyəti illərində tikilmişdi.

Lalə 2022-07-15 14:23:00

İH başçılarından ən yaramazı Vidadi İsayevdir.Onun kimi Bərdənin əhalisini hələ soyan olmamışdır.Abadlıq adı altında viran qoyub rayonu

Eli 2022-07-15 12:24:03

Bu tip adamlar oliqarx yox ,Xalqın .Milletin etibarından sui istiafede eden verendaşına qulluq etmek evezine onun son tikesine göz tiken tüfeyli ünsürlerdir.....

Rasim 2022-07-15 12:15:42

Bu sayt sahiblərinin də haram yolla qazandıgı var dövlət az deyil, MTX tərəfindən yoxlanılsa yaxşı olardı.

Türk Turan 2022-07-15 12:03:36

Allah Azzə və Cəllə zalımların belini qırsın, onlara lənət eləsin!

esger 2022-07-15 11:37:58

Yeddiyin komsomol çörəyi sənə haram olsun

Vətəndaş 2022-07-15 11:32:27

millət ehtiyac içindədir. Elə insanlar var ki çörək pulu tapmır. Talançılar isə 100-lərlə milyardaları (artıq demək olar trilyonla) millətimizə xalqımıza atıblar. Milləti vecinə alan da yoxdur. Ölkə holdinq kimi koperativ kimi idarə olunur. Bizi isə qul nökər kimi işlədir,millətə əsl zülm yaşadırlar

t.ədalət 2022-07-15 11:14:33

....Guya,başqa İH başçıları Siraqəddindən fərqlənirlər?Hamısı pulunu verib,vəzifəsini satın alıb....

Son yazılar