SƏLİM MÜSLÜMOVUN NƏ QƏDƏR TALADIĞI AÇIQLANDI - 13 milyondan çox rüşvət alıb... (Yenilənib)

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövlətə nə qədər ziyan vurduğu məlum olub. 

Səlim Müslümov rüşvət alma yolu ilə 13 296 355 manat, mənimsəmə yolu ilə 7 237 188 manat, israf edilmiş yolla 7 087 671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümov dəymiş ziyanın 6 974 428 manatını ödəyib. İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib. (Bizim.Media)

Qeyd edək ki, Səlim Müslümovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

***

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə istintaq başa çatıb. Onun barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq iş üzrə hakim də müəyyənləşib. Səlim Müslümovun cinayət dosyesi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə zərərçəkən kimi Maliyyə Nazirliyi tanınıb. Səlim Müslümov 2021-ci ilin fevralında DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazirə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səlim Müslümov verilən ittihamlar arasında ən ağır maddə rüşvət alma ilə bağlıdır. Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. 

Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi üzrə isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi dövrdə nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılan yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 2022-ci ilin mayında isə Səlim Müslümov ev dustaqlığına buraxılıb. Onun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi “səhhətindəki problemlərlə” izah olunub. Bir neçə gün əvvəl mediada belə xəbər yayılmışdı sabiq nazirin səhhəti hələ də düzəlməyib. Amma Səlim Müslümovun ittiham olunduğu maddələr kifayət qədər ağır cəzalar nəzərdə tutur. O halda məhkəmə hansı qərar verə bilər, sabiq nazir yenidən həbsə göndərilə bilərmi?


“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Səlim Müslümovun 5 illik nazirliyi dövründə rəhbərlik etdiyi sahədəki korrupsiya bataqlığı aradan qalxmayıb, əksinə, heç vaxt olmadığı qədər genişlənib, şaxələnib: “İddialar var ki, onun dövründə qurulmuş mexanizm əsasında büdcədən çırpışdırılan məbləğ 2-2,5 milyard manata yaxın olub. Bu iddialar bu günə qədər təkzib olunmayıb. Səlim Müslümovun 2 milyarddan artıq məbləğdə büdcə vəsaitini mənimsəməsi çox ciddi ittihamdır. Hər kəs bilir ki, hər il ünvanlı sosial yardımlara 100 milyonlarla manat vəsait ayrılırdı. Həmin yardımların ünvana çatdırılmasını yoxlamaq kifayətdir ki, oğurluqların hansı səviyyədə olması üzə çıxsın. Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edirdi. Əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitləri də bura əlavə etməliyik. Yəni Müslümovun rəhbərlik etdiyi nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub. 2 milyarddan artıq büdcə vəsaitlərinin ələ keçirilməsi ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. Bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır. 

Təkcə Sosial Müdafiə Fondu dövlətdən hər il 1,5 milyard manat dotasiya alıb. Bu məbləğ Səlim Müslümovun nazir olduğu 5 il ərzində büdcədən ödənilib. Ümumilikdə 7 milyard 500 milyon manat büdcə pulunun xərclənməsi üzrə sənədlərdə Səlim Müslümovun möhürü, imzası var. Bu məbləğin hansı hissəsi təyinatı üzrə xərclənib, hansı hissəsi isə özününküləşdirilib bilinmir. Səlim Müslümova verilən ittihamlarla onun əməlinə adekvat cəzalandırılacağı indiki halda real görünmür. Azərbaycanın məhkəmə-hüquq sisteminin durumu belədir ki, Səlim Müslümova çıxarılacaq hökm formal ola bilər. Bu gün məhkəmələrdə çıxarılan hökmlərə, verilən qərarlara baxanda bunu aydın şəkildə sezmək olur. Bu baxımdan Səlim Müslümovun daha yüngül cəza ilə azad edilmə şansı böyükdür. Bu gün Səlim Müslümova qarşı kəskin münasibət yoxdur. Mətbuatda Səlim Müslümov külli miqdarda mənimsəmələrdə əlinin olması iddialarına rəğmən, biz ittihamlar sırasında Cinayət Məcəlləsinin 179-cu - külli miqdarda mənimsəmə maddəsini görmədik. Bu o deməkdir ki, Səlim Müslümov yüngül cəza ilə canını qurtara biləcək”.

Hüquqşünas deyir ki, indiki halda Səlim Müslümov ittihamda göstərilən məbləği qaytarmaqla, ittiham üzrə vurulan ziyanı ödəməklə həbsdən buraxıla bilər. Əks halda, ona real və ağır cəza veriləcək. (musavat.com)

635x100

Şərhlər

t.ədalət ə 2022-07-22 23:46:41

S.Əbiyevi hazırda işləyən ilə müqayisə etmək olmaz.

t.ədalət 2022-07-22 20:48:03

"Azərsu"yun keçmiş rəhbəri Qorxmaz Hüseynovun bir milyard verib həbsdən uzaqlaşdığını deyirlər.Səlim Müslümov isə ən azı beş milyard ortaya qoymalıdır.Ümumiyyətlə,iqtidarın nazirləri hamısı oğru və talançılardır.Ziya Məmmədov,həm də taksi sürücülərinin qatili idi.Keçmiş Baş prokuror Zakir Karalov da talançı və rüşvətxor idi.Səfər Əbiyev də milyardlarla pul topladı.Hansını deyək?

Vətəndaş 2022-07-22 19:45:45

Bu nazir təqaüddə olan 1-ci Qarabağ müharibəsi veteranlarının 11 manat pulunu kəsəndə Prezidentə şikayət edib onun rüşvətxor olduğunu bildirmişdik. Lakin Prezident ona qarşı vaxtında tədbir görmədi...

İ.M. 2022-07-22 16:42:42

Dövlətin büdcəsini talan edənlərə qarşı güzəşt nəzərdə tutulmamalıdır ! İndiki təyin olunan məmurlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını qazanmaq əvəzinə, vəzifə səlahiyyətindən sui istifadə edərək dövlət büdcəsini talan edirlər !

RR 2022-07-22 15:55:13

Tek buduuuu beyem ))))?

Roma 2022-07-22 14:51:02

qulu adı ilə yazana: Yazırsan ki, "Milyard elə-belə rəqəm deyil,bu qədər pulu neyləyib?"...Qardaş bizim gözümüz doymur, özüdə ən pisi sonradan görməkdir. Bu Səlim necə deyərlər imkansız, kasıb bir ailədə böyüyüb, ailəsiynən institutun yataqxanasında yaşayıb və s., müəllim işləyib....sonradan ki, vəzifələrdə işlədi, necə deyərlər cibi pul gördü, tez bir zamanda çaşaraq qırmızı xətti eninə uzununa tapdadı, necə deyərlər çaşdı...bir dəfə Səlim, camaatnan görüş keçirdəndə, öz aparat rəhbəri, şair publisist Əjdər Oldan misal gətirdi: Adamsan da incidərlər adamı, O dünyadan haraylama atanı. Canım, gözüm ömür elə budu-bu, Yarışmağa meydan budur, cığır bu... Bax belə, indi o dediyi sözlər, özünə aiddir...nə isə Allah köməyi olsun...

Türk Turan 2022-07-22 14:43:26

Allah lənət eləsin bunlara.

TARIX 2022-07-22 14:29:08

Cəza verilsin -mənimsədiyi pullardan zavod fabriklər tiksin.İnsanlar işləyib ailəsini dolandırsin.

Azərbaycanlı 2022-07-22 13:55:29

Quldurlar bu millətə nə qədər atıblar. Artıq bunu milyon milyardlarlarla deyil, TRİLYONlA hesablamaq lazım gələcəkdir. Nə vaxtsa?

pensioner 2022-07-22 13:39:47

Pensiya yaşının artırılması,hərbi qulluqçuların pensiyası haqqında qanunun deformasiyaya uğraması,TSEK-lərin əcaib fəaliyyəti doktor Müslümovun elmi fəaliyyətinin nəticəsidir.Həmin işlər hazırda uğurla davam etdirilərək daha da təkmilləşdirilir

Eli 2022-07-22 13:10:53

Selim bey nazir teyin olunandan sonra kollegiya iclaslarının birinde dedesi taşds kişileri iclasdan qovurdu ve bu kadrlara bütün ölke vetendaşları baxırdı.İndi qovulanlar öz yaxınlarının yanında oturub çay içe içe bunun gününe baxırlar, bu ise özünü temize çuxarmaq üçğn behaneler axtarışındadır.

qulu 2022-07-22 13:00:38

Milyard elə-belə rəqəm deyil,bu qədər pulu neyləyib?

Son yazılar