ABRAMYANIN BACISININ ƏRİ, ƏHƏDPURUN QOHUMU... - DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?

“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov bu günlərdə DTX tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, “Broker Əbülfəz” adı ilə tanınan və gömrük sistemindəki monopolist sistemin əsas fiquru hesab edilən Ə.Məlikovun həbsi cəmiyyətdə geniş müzakirə olunur. Onun uzun illərdir gömrük sistemində ölkəyə idxal edilən bir sıra məhsulların hüququna yiyələndiyi, özünə böyük biznes imperiyası yaratdığı bildirilir.

Mətbuatda yayılan məlumatlar, eləcə də sosial şəbəkələrdə bir çox tanınmış şəxslərin yazdıqları Əbülfəz Məlikovun ətrafındakı müzakirələri daha da qızışdırıb. Onun haqqında ən sensasiyalı fikirləri isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib. 

C.Nuriyevin iddialarına görə, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.

Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mətbuatda yayılan iddialara görə, M.Əhədpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.

Bildirilir ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. 

Belə ki, illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.

 Mənüçöhr Əhədpur

Onu da qeyd edək ki, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikov barədə mətbuatda çaxsaylı yazılar gedib. Bir müddət gömrük sistemi tamamilə onun nəzarətinə verilmişdi. Onun cinayətkar şəbəkəsi gömrükdə özəl qaydalar tətbiq etməklə sahibkarları istədikləri kimi "soyurdular". Tələblərdən imtina edən sahibkar sərhəddən heç bir mal ölkəyə keçirə bilməzdi.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətində idi. Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilirdi. Bundan sonra brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olurdu. Sahibkarlardan yığılan rüşvət isə “Trans Broker” MMC-yə axırdı... 

Qeyd edək ki, bir müddətdir hüquq-mühafizə və xüsusi xidmət orqanları Dövlət Gömrük Komitəsində araşdırmalar aparır. Bu çərçivədə komitənin rəhbərliyi vəzifədən azad edilib, bir neçə general və digər yüksək vəzifəli şəxslər həbs edilərək barələrində cinayət işi açılıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Təbriz Səmədov 2022-08-09 13:21:45

Azərbaycanı erməni-daşnaqlardan dərin tanıyan varmı ki, gəlirlərin böyük hissəsini şirkətlərdən şəxsi hesablarına alsınlar? Yüksək faizli Maqnit şəbəkəsi və Rza Zərrab yaddan çıxıb?

Xazar 2022-08-09 09:50:33

Gömrük məlikova qədər necə işləyirdisə , 2008-dən sonra da elə işləyib… Nə tez yaddan çıxdı 90-cı illərin ortasından 2008- ə qədər olan dövr…

Arzu 2022-08-09 07:55:08

Guya bu günə kimi Əbülfəzin nə oyunlardan çıxdıģı onu saxlayanlara məlum deyildi?! Burda nəsə haqq hesab məsələsi var...

suala cavab axtarıram! 2022-08-08 19:54:22

Belənçik adamlara axı necə vəzifə verilib?

t.ədalət 2022-08-08 18:48:40

Əbülfəz Məlikov bir ....Onun arxasında duran adamlar da hakimiyyətdəki ..........

turan 2022-08-08 17:59:11

2008-dən bu tərəfə guya görmürdülər bu şəxsi? Gömrükçülər brokerlər gəlməmiş hünərləri nə idi konteyneri açsınlar? İndi ayılıblar?

Eli 2022-08-08 14:08:22

Bu adam Abramyanın yox,Baydenin ,Putinin bele bacusının eti olsa bele bura “ Gülüm Azerbaycandır” vd bu tip adamların gündelik yox hetta saat ba saat fesliyyetleri “Yeke yeke Akulaların” nezaretinde olub bir sent de nezaretden kenarda qaka bilmez.İndi baxaq görek bu işn sonu hara aparıb çuxaracaq.

TT 2022-08-08 13:36:05

evvel bilmirdiler beyem , bu ebulfez ne ishle meshquldu ? qilincinin sawida soluda kesirdi ! kômrûk onnan ûyûdûdû ,,,,

TurkAy 2022-08-08 13:15:27

azərbaycan xalqının dərisini soyan,respublikaya daxil olan malların qiymətinin kəllə çarxa çıxmasının birbaşa cavabdehi olan bu qansız ölkə qanunlarının çox sərt maddələrilə cəzalandırılmalı,əmlakı tam müsadirə olunub orduya köçürülməlidir

kasıb 2022-08-08 11:33:32

Qanunsuz qaydasız ölkə. Bu ölkədə qanun-qayda kasıb lar üçündür. Vəsalam

Veteran 2022-08-08 11:31:35

30 ilə yaxın quduzlaşmış antimilli ünsürlər dəstəsinin bir üzvü. DTX -nin belə təmizləmə əməliyyatlarını alqışlayırıq.Allah Qüvvət Versin.

Türk 2022-08-08 11:15:54

Artur 25 il baş nazir,Ramiz Mehtiyev də 30 il,eləcə də başqa erməni nazirlər məmurlar ölkəni çaspıb talayıblar. Vəzifəyə həmişə çalışıblar bir tərəfi düşmən qanı olan götürsünlər. Hələ də anası arvadı ermənilərdən düşmən qanlılardan canımızı qurtara bilmirik

Son yazılar