MEHDİYEVİN VƏDİ, MƏLİKOVUN HƏBSİ... – “Gömrük işi”ni də “MTN işi”nin aqibəti gözləyirmi?

Xəbər verdiyimiz kimi, tanınmış broker, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib. Bununla bağlı xəbərdə deyilir ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Daha anlaşılan dildə desək, uzun illər ölkənin əsas “gömrük monopolisti” sayılan Əbülfəz Məlikovun həbsi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin vəzifədən azad edilməsi və onun yaxın ətrafına qarşı hüquq-mühafizə orqanlarının başlatdığı araşdırmanın davamıdır. 

Xatırladaq ki, Səfər Mehdiyev məlum vəzifəyə təyin olunduğu ilk gündən bəyan edirdi və söz verirdi ki, gömrükdə inhisarçılıq, korrupsiya və rüşvət yoxdur, ola bilməz və olmayacaq da! 

Belə olan halda, görəsən, Mehdiyevin “silahdaşları”nın ardınca ölkənin bir nömrəli “monopolist”inin, özü də məhz “gömrük işi” çərçivəsində həbs olunması nədən xəbər verir? Əgər inhisarçılıq yox idisə, Məlikovun Mehdiyevin generalları ilə demək olar, eyni vaxtda və eyni iş üzrə məsuliyyətə cəlb olunması nəyin göstəricisidir?

Təbii ki, bu həbslərin və cinayət işlərinin sonda Gömrük Komitəsinə rəhbərlik etmiş şəxslərə dayanıb-dayanmayacağı barədə nəsə demək çətindir. Çünki Azərbaycanda ən azı “MTN işi” və Eldar Mahmudov nümunəsi var...

“Yıxılanı baltalamaq” prinsipindən uzaq durmaq şərtilə qeyd etməliyik ki, Ə.Məlikovun və onun himayədarlarının gömrük sisteminə, sahibkarlıq mühitinə və ümumilikdə Azərbaycan iqtisadiyyatına vurduğu ziyanla bağlı illərdir ki, “AzPolitika.info” da daxil olmaqla, ölkə mətbuatı dəfələrlə materiallar, araşdırmalar, müsahibələr və s. dərc edib. 

O, Səfər Mehdiyev sədr olmazdan xeyli əvvəl - 2006-cı ildən rəsmən “Trans Broker” şirkətinə rəhbərlik edib. Gömrük Komitəsinə Aydın Əliyevin rəhbərlik etdiyi illərdə Məlikov  ölkəyə daxil olan siqaretdən tutmuş kərə yağına qədər saysız-hesabsız idxal məhsulları üzrə “monopolist” kimi tanınıb. Bunu Azərbaycanda, xüsusilə də biznes strukturlarında, sahibkarlar arasında və demək olar, bütün dövlət orqanlarında bilməyən yox idi.

Hətta Ə.Məlikovun Rusiya Erməniləri İttifaqının rəhbəri, Azərbaycanın qatı düşmənlərindən biri, milyarder Ara Abramyanla yaxın qohumluğunun – yeznə-qayın münasibətinin olması barədə məlumatrlar dərc edilib. Bunu sabiq deputat və Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini Cümşüd Nuriyev açıq mətnlə söyləyibBu məlumat Əbülfəz Məlikov tərəfindən təkzib olunmayıb və deyilənlər həqiqətdirsə, Azərbaycan gömrüyü kimi strateji əhəmiyyət daşıyan, milyardların dövr etdiyi sahədə erməni diasporunun ən aparıcı fiqurlarından birinin yaxın qohumunun əsas söz sahiblərindən biri olmasının hansı anlam daşıdığını izah etməyə ehtiyac qalmır.

Lakin göründüyü kimi, bütün yuxarıda qeyd edilənlərə və edilməyənlərə rəğmən, Ə.Məlikov kimi şəxs iyirmi ilə yaxındır gömrük sahəsində demək olar, istədiyini edib. Ancaq nədənsə (?) bu günə qədər ona “gözün üstə qaşın var” deyən olmayıb. Görünür, himayədarları imkan verməyib. Bütün bunlara son qoymaq üçünsə az qala iyirmi il gözləmək lazım imiş...

Nazirlərin, icra başçılarının, komitə sədrlərinin, digər ayrı-ayrı məmurların, hətta Rasim Məmmədov, yaxud Əbülfəz Məlikov kimi “monopolistlər”in ətrafında baş verənlər bir daha göstərir ki, idarəetmədə və kadr siyasətində prinsip və sistem problemi var. Bu problem həll olunmayınca, əbülfəz qarayevlər, səlim müslümovlar, ziya məmmədovlar, səfər mehdiyevlər və s. getsə də, onların yerinə gələnlər bir müddət sonra çevrilib onların tayı olacaqlar, necə ki, olurlar da... 

Cəlal (Elxan) Məmmədov 

“AzPolitika.info”

635x100

Şərhlər

Camaat 2022-08-09 12:14:40

ALLAH bunlara nəhlət eləsin

TT 2022-08-09 06:46:57

Derdiyeeee ,,,, DERD

Ferid 2022-08-08 22:14:55

Celal bey sekide tam derebeylikdir! Xahis edirik sekiden yazin belke prezident administrasiyasinin gozu acilar bu terefede baxar. tayfabazliq rusvetxorluq bas alib gedir. Prezidentin islahatlari sekiden hemise yan kecir cunki bakida oturub islahatin qarsini alanlar yaxsica rusvetle yedizdirilir. sekide coxu dovletden narazidir

Allaha şikayət! 2022-08-08 18:47:21

Hamam hamam içində, Xəlbir saman içində, Dəvə dəlləklik eylər, Köhnə hamam içində!

Eli 2022-08-08 18:19:41

Bu tip meseleler bir ilin,iki ilin işi deyil,bunu sahibkarkar da gömrük komitesinin mesul işçileri,hetts ehli Nehrem de çox gözel bilirler- yeni görünen dağa ne beledçi.

Ədalət 2022-08-08 15:35:21

Azərbaycanda ən "yağlı" yerlərdə erməni mafiyasının adamları yerləşdirilib, və ölkənin sərvətləri ermənilərin cibinə axır...İsveçrədə son 30 ildə onlarla erməni milyardlerinin hesabı yaranıb...

Vetendaş 2022-08-08 15:14:01

Ay Cəlal Bərdə rayonuna təyin olunan polis rəisi xalqa divan tutur ( yol polis maşınlarda polis şöbəsinin əməkdaşları oturur. Camaat ı yaşlı cavan demədən cərimə meydançasına yox birbaşa şöbəyə aparıb 1500 manat pul alırlar. Bütün aptek, bütün işləyən sahələrdə olan hamıya 5 yüz manat pul ödəmək tapşırıgı verib. Nöfəl adlı aptek sahibi dedi ki məndə hər şey qaydasındadı niyə verim? Gecəynən şöbəyə salıb 15 min manatın alıb buraxdılar. Zülm verilir Bərdə Camaatına. Hələ belə şey 37 ci ildən bu yana olmamışdı

Malik 2022-08-08 13:48:37

Nə gündəyik biz anası ermənilər milyadlar qazanır biz də acından ölürük. Hallal olsun bizim kimi millətə

Son yazılar