DAHA BİR GÖMRÜK POLKOVNİKİ İŞDƏN AYRILDI - "Bu gün əmrim çıxdı..."

Dövlət Gömrük Komitəsinin həbs edilən idarə rəisi Məsum Rəsulovun  müavini polkovnik Fikrət Ələsgərli işdən ayrılıb. 

Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən getdiyini bildirib: “23 illik bir həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm”.

Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək: “İrəli baxaraq, təcrübəmi biznes həyatında davam etdirmək qərarına gəldim. İnşallah, bu yolda da alnıaçıq fəaliyyət göstərərək gömrüklə əlaqəli olan biznes subyektlərinə xeyrim dəyər”.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.

Həmin əməliyyatdan sonra M. Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi.

Lakin F.Ələsgərli Bakupost.az -la əlaqə saxlayaraq iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi: "Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Bu ayın 15-i ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, 25-i isə ölkəyə geri qayıdacağam". 

635x100

Şərhlər

TARIX 2022-08-12 14:55:22

FİKRƏT M.ÖZ ƏMƏK FƏALİYYƏTİNƏ İNSAN ,VƏTƏNDAŞ KİMİ NECƏ QİYMƏT VERDİYİNİZİ YAZSAYDINIZ MƏLUMATINIZ QƏNAƏTBAXŞ OLARDŞ.

RR 2022-08-12 13:24:56

Maraqlidi ne qeder yiqib ? bu iller erzinde

Son yazılar