Menu

“Onun təhdidlərində şizofaşizmin ələmətləri var” – Mark Feyqin Medvedev haqda

13.08.2022, 14:44
“Onun təhdidlərində şizofaşizmin ələmətləri var” – Mark Feyqin Medvedev haqda

Rusiyalı hüquq müdafiəçisi Mark Feyqin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son günlər artan gülünc hədələrinə münasibət bildirib.

"AzPolitika.info" beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, "Kanal-24"-ün efirində çıxış edın Feyqin, Medvedevin Ukraynanı və bütün dünyanı qorxutmağa çalışdığını, ancaq buna nail ola bilmədiyini deyib: "Medvedev Putinin ideyalarını dəstəkləyir və özünü ağıllı göstərməyə çalışsa da, bunu bacarmır. Onun təhdidlərini, şizofaşizmin təzahürü adlandırmaq olar".

""Şizofaşizm"- azadlığa, demokratiyaya, başqa kimliyə malik insanlara qarşı isterik nifrəti olanlara, eləcə də öz xalqı arasında düşmən və satqın axtaranlara verilən addır. Medvedevin təhdidlərində də şizofaşizmin əlamətləri mövcuddur", - deyə hüquq müdafiəçisi bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol