Menu

ERMƏNİLƏR LAÇINI BOŞALDIR - Bu gündən şəhərə verilən qaz, su, işıq kəsiləcək

20.08.2022, 12:28
ERMƏNİLƏR LAÇINI BOŞALDIR - Bu gündən şəhərə verilən qaz, su, işıq kəsiləcək

Laçın şəhərində qanunsuz olaraq məskunlaşdırılmış ermənilərin son qalıqları da bu gün oranı tərk etməli olacaq. Belə ki, erməni mediasının məlumatına görə, bu gündən Laçına verilən qaz, su, işıg kəsiləcək. 

Qeyd edək ki, ümumilikdə şəhərdə 70 nəfər vardı ki, onların əksəriyyəti Ermənistana, az bir hissəsi Əsgərana köçəcək. Onlara yeni mənzil almaq üçün müəyyən kompensasiya vəd olunub.

Avqustun 18-də onlar 1998-ci ildə tikilmiş yerli kilsəyə toplaşaraq "timsah göz yaşları" töküb, vida ayini qılıblar.

1992-ci ilin mayında şəhər işğal edildikdən sonra ermənilər buraya köçürülüb. Ondan əvvəl Laçında erməni yaşamayıb.

Ermənistanla Qarabağ arasında yeni yolun Laçından yan keçməsi şəhərin Azərbaycana qaytarılmasını təmin edib. Bu barədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla nəzərdə tutulub. 

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2022-08-20 12:35:51

ermənilərin Əskarana köçürülməsi gələcəkdə böyük faciələrin yaranmasına səbəb oilacaq.Bu dələduzlar xaricdən gəlib Laçına soxulublar.Ona görə də Azərbaycan tərəf onlara növbəti imkanı verməməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol