Oktyabr ayında 7 yaşı tamam olacaq Babayev Hüseyn Real oğlu 2 yaşından etibarən kəskin limfoblast leykoz xəstəliyindən (qan xərçəngi) əziyyət çəkir. Uzun müddət müalicə olunsa da, çox təəsüf ki, xəstəliyi yenidən qayıdıb. Bu barədə onun anası Babayeva İlahə Elxan qızı saytımıza məlumat verib.

Onun sözlərinə görə, 1 il 3 ydır ki, Belarus Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicəsini davam etdirən balaca Hüseynin vəziyyəti ağırlaşıb : "Həkimlər təcili ilik transplantasiyasının həyata keçirilməsinin lazım olduğunu bildirirlər. Bunun üçün Türkiyəyə getməliyik. Ancaq maddi durumumuz imkan vermir ki, Hüseyni xəstəxanaya yerləşdirmək üçün lazım olan ilkin vəsaiti ödəyək. 5 il ərzində nəyimiz varsa Hüseynin müalicəsinə sərf etmişik. Oğlumun həyatı çox böyük təhlükədədir. Yaşamağa onun da haqqı var!  Leykoz sağalan xəstəlikdir. İmkanı olan insanlardan çox xahiş edirəm, kömək etsinlər!"

Hüseynin anası Babayeva İlahə Elxan qızının ölkə ictimaiyyətinə müraciətini təqdim edirik: 

Qeyd edək ki, Hüseynə kömək əlini uzatmaq istəyənlər aşağıdakı kart hesablarına ödəniş edə bilərlər.  (Tel. 055 731 38 59)