Menu

Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürüdlü

01.09.2022, 10:19
Rusiya sülhməramlılarının bütün postları Laçın şəhərindən götürüdlü

Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduğu müvəqqəti postlar tam sökülərək götürülüb.

"Report"un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür başa çatıb.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Şərhlər

Azər 2022-09-01 11:42:51

Ruslardan təhvil verdikləri yerləri minalardan təmizlətdirib yazılı surətdə almaq lazım idi

miri 2022-09-01 11:31:02

Hec bir hərəkət kecidi olmayan yerdə hər hansı postun olmasının əhəmiyyəti onsuz yoxdur. İnşəallah işgal altında olan ərazilər ilə aramızda olan və işgal altında olan ərazini Ermənistan ilə birləşdirən yeni yoldan rədd olsunlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol