Menu

“Xerson vilayətində rusların itkilərini KamAz-larla hesablamaq olar” - Arestoviç

03.09.2022, 15:14
“Xerson vilayətində rusların itkilərini KamAz-larla hesablamaq olar” - Arestoviç

Xerson vilayətində hazırda ağır döyüşlər gedir. Rusiya ordusu döyüş fəaliyyətinə yerli ehtiyatları cəlb edib.

Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç «Feygin Live»-nin efirindən bəyan edib («UNİAN»).

Onun sözlərinə görə, sentyabrın 1-də düşmən pladstarmına hücum nəticəsində Xersonun sağ sahilində yalnız bir yerdən Rusiya tərəfə 3 KamAz meyit aparıblar. «Bu, yalnız bircə zərbədir, gün ərzində isə onların sayı 10-dur. Zərbələrin hamısı canlı qüvvələrə endirilmir, amma biz, orada nə baş verdiyini təsəvvür edə bilərik» - Arestoviç danışıb.

Prezident Ofisinin müşaviri qeyd edib ki, rusiyalıların gündəlik itkiləri çoxalıb və 300-350 ölü təşkil edir. Hamısından çox Xerson istiqamətindədir. O, əlavə edib ki, məlum deyil, rusiyalılar USQ-nin təzyiqinə neçə müddət tab gətirə biləcəklər.

Bundan əvvəl xəbər verilmişdi ki, rusiyalılar döyüş aparırlar ki, Xarkov vilayətinə logistik marşrutu itirməsinlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol