Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (UMTMŞ) aparatı ölkədə yaxın gələcəkdə təhlükəsizlik situasiyası üzrə təklif hazırlayıb. Ukraynalıların Rusiya Federasiyası ilə müharibədə qələbəsindən sonra dünyada yeni alyanslar yaradacaqlar.
Bu barədə MTMŞ-nın katibi Aleksey Danilov VİP proqramında Natalya Moseyçukla söhbətində danışıb. Proqram telemarafon daxilində yayımlanıb.
«Bizim qəbəbəmizdən sonra yeni alyanslar olacaq. Biz MTMŞ aparatından Ukraynada yaxın gələcəkdə situasiyanı necə görduyümüz barədə öz təkliflərimizi vermişik. Bu müharibədən sonra yeni ittifaqlar yaradacaqlar. Güclü olmaq hüququnu isə biz, müharibədə qazanmışıq» - o, bəyan edib.
Elə həmin proqramda Danilov qeyd edib ki, xalq deputatı və artıq Ukraynada qadağan olunmuş «OPZJ» partiyasının dövlətə xəyanətdə şübhəli bilinən həmsədri Viktor Medvedçukun həbsindən sonra, Rusiya agenturasının demoralizə olunması baş verib.
Onun sözlərinə görə, buna qədər bütün rusiyayönlü siyasətçilər əmin idilər ki, rusiyalı diktator Putinin «qohumları» toxunulmazdır.
«Obozrevatel»in xəbər verdiyi kimi, 2022-ci ilin yanvarında Böyük Britaniya Polşa və Ukraynanın ittifaqının yaradılmasını təklif edib. Belə ki, London Rusiyanın təcavüzü fonunda üçtərəfli əlaqələri möhkəmləndirməyi qət edib. Baxmayaraq ki, üçtərəfli əməkdaşlıq barədə təklifi məhz Ukrayna hələ ötən ilin oktyabrında etmişdi. Rusiyanın tammiqyaslı təcavüzündən sonra isə Fransa Prezidenti Emmanuel Makron yeni Avropa siyasi alyansını yaratmağı təklif etdi - bu alyans Kiyev və London üçün açıq olmalı idi. Onun fikrincə, Ukrayna Avropa İttifaqına daxil olmazdan əvvəl Avropa ailəsinin bir hissəsi ola bilərdi.
AzPolitika.info


Şərhlər
Bu alçaq birisidir. Azərbaycana dil uzatdı. Halbuki bu hadisələrdə ölkəmiz və xalqımız onlarla oldu. Deməli elə buna layiqsiz!
hələ bir qalib gəlin sonra çırmalan--Zelenski belələrinə danışıqları qadağan etməlidir