Menu

QRİQORYAN AZƏRBAYCANDAN ÜZR İSTƏYİB - Qarabağa qanunsuz səfərinə görə

04.09.2022, 20:00
QRİQORYAN AZƏRBAYCANDAN ÜZR İSTƏYİB - Qarabağa qanunsuz səfərinə görə

Bir müddət əvvəl xəbər verildiyi kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndiyə qanunsuz səfər edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası özünü çox gözlətməyib.

“Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisinin məqsədyönlü şəkildə atdığı bu qanunsuz addım görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində iştirakının qeyri-səmimiliyi də açıq şəkildə nümayiş etdirir. Beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən addımlara cavab veriləcək”, - deyə nazirlikdən bildirilib.

Erməni mətbuatının yazdığına görə, Armen Qriqoryan Azərbaycanın reaksiyasından o qədər qorxuya düşüb ki, daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən üzr istəyib və Xankəndiyə səfərə görə özünə haqq qazandırıb.

A.Qriqoryan əslən Qarabağdan olduğunu, Qarabağa səfərinin siyasi deyil, şəxsi məqsədlər güddüyünü - ata evini və atasının məzarını ziyarət etdiyini bildirib.(oxu.az)

Şərhlər

milli balta 2022-09-05 01:15:15

mənbə?

vətəndaş 2022-09-04 17:21:19

armen yaxşi ki üzr istəyib. görəsən şalvarın batırmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol