Menu

"RUSİYANIN SONUNUN BAŞLANĞICINI İZLƏYİRİK..." - "Buna hazır olmaq lazımdır"

05.09.2022, 14:03
"RUSİYANIN SONUNUN BAŞLANĞICINI İZLƏYİRİK..."  - "Buna hazır olmaq lazımdır"

“Amerika Birləşmiş Ştatlarının hərbi məqsədlərinə Rusiyanın “de-imperializasiyası” daxil edilməlidir”.

Bu barədə təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, İraq və Əfqanıstan müharibələrinin veteranı Ben Hodces “Twitter” səhifəsində bildirib.

“Düşünürəm ki, bu münaqişədə ABŞ-ın hərbi məqsədləri Rusiyanın “de-imperializasiyası”nı nəzərdə tutmalıdır. Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi, Rusiya Federasiyasının sonunun başlanğıcını izləyirik. Buna hazır olmaq lazımdır. Biz SSRİ-nin dağılmasına hazır deyildik”, - deyə general qeyd edib.

O vurğulayıb ki, Rusiyanın qonşularına qarşı “imperialist müharibələri” Ukraynada başlamayıb.

“İnsanların diqqəti indi Ukraynada cəmləşib, lakin Rusiyanın öz qonşularına qarşı imperialist müharibələri Ukraynada deyil, 2008-ci ildə Gürcüstanda başlayıb. Rusiya Moldovanın bir hissəsini işğal etdi. Onlar indi Ukraynada daha qəddardırlar, Ukraynada daha çox əraziləri zəbt edirlər. Lakin bunların hamısı bir-biri ilə əlaqəlidir, bir bütövün hissəsidir. Rusiyanın hələ də burada olduğunu unutmamalıyıq”, - deyə general əlavə edib.

Mənbələrin məlumatına görə, Rusiya Federasiyasındakı siyasi elita artıq SSRİ-ni “bərpa etmək” planlarının genişləndirilməsinə eyham vurub. (Mənbə: UNIAN)

Şərhlər

t.ədalət 2022-09-05 15:39:53

Rusiyanın məhvini bütün dünya gözləyir.Tezliklə ABŞ və Qərb dövlətlərinin köməyi ilə Ukrayna ərazisində biz bunun şahidi olacağıq!Güclünün və varlının çöküşü an məsələsidir.

Veteran 2022-09-05 14:19:54

Ukrayna putin rusiyasına görə nisbətən iri tikə oldu.İlişib qalıb boğazında.Nə qədər çabalasada çıxarda bilməyəcək ,bu tukə artıq onu boğur.Heç kim də kömək etmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol