Rusiya dustaqları Ukraynada müharibəyə göndərməkdə davam edir. Döyüş meydanında onlardan bir fayda olmasa da, onlar işğal olunmuş ərazilərdə əhalini peşəkarcasına öldürə və qorxuda bilərlər.
Bu barədə «OBOZREVATEL»ə müsahibəsində hərbi ekspert Oleq Jdanov danışıb («UNİAN»).
Onun sözlərinə görə, Rusiya Federasiyası üçün belə kontingentin yeganə faydası - onlarda öldürmək üçün psixoloji baryeri adlamaq ehtiyacının olmamasıdır, odur ki, onlar üçün adam öldürmək heç bir problem yaratmır.
Döyüş meydanında dustaqlar faktiki olaraq, real fayda verməyə qadir deyillər, çünki onların döyüş təcrübəsi yoxdur.
«Onlar öyrədilməyiblər, hər şey ondan asılıdır ki, insan nə vaxt azadlıqdan məhrumetmə yerinə düşüb: orduda xidmətdən sonra, hərbi təcrübəsi var, yoxsa yox. Ola bilər ki, o, nə vaxtsa xidmət edib, amma barmaqlıqlar arxasında həyat - bu, tamam başqa həyatdır və orada tamam başqa təcrübə olur.
Yeri gəlmişkən, məlumat var ki, onlardan əsasən, «Rosqvardiya» sistemində istifadə edirlər ki, işğal olunmuş ərazilərdə hüquq qaydalarına əməl olunmasını həyata keçirsinlər, çünki burada onlar fayda verə bilərlər - insanları ələ sala bilərlər, öldürə, zorlaya bilərlər - bu təcrübəyə onlar malikdirlər» - Jdanov qeyd edib.
"AzPolitika.info"


Şərhlər