Tez-tez Qərb və Şərq təhsil sistemlərini müqayisə edəndə təhsili idarə edənlərin və müəllimlərin bioqrafiyasını da önə çəkirik. Təhsil sistemi inkişaf etmiş ölkələrdə təhsilə cavabdeh şəxslərin bioqrafiyaları örnək olmalıdır.
Müəllimlərin də bioqrafiyasındakı kiçik bir yanlışlıq bu peşədə qəbulolunmazdır. Görün, bizdə nə baş verir...
Sıravi müəllimləri bir kənara qoyaq, bizim ölkəmizdə təhsil naziri öz bioqrafiyasını saxtalaşdırıb!
Bunu görmək üçün uzağa getmək lazım deyil, Elm və Təhsil Nazirliyinin saytına baxmaq kifayətdir. Saytda yazılır: “Elm və təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib...”
Əmrullayev Macarıstandakı universitetin nə adını, nə oxuduğu illəri, nə də ixtisasının adını çəkmir. Nazir olan şəxs bu qədər saxtakarlığa imza atırsa, onda müəllimdən, kollec direktorundan, rektordan nə tələb etmək olar?...
Emin Əmrullayev Macarıstanda Corc Sorosun Mərkəzi Avropa Universitetində magistr təhsili alıb. Özü də Sorosun böyük maliyyə dəstəyi ilə.
İkincisi, insan nə üçün ikinci aldığı təhsili birincidən önə çəksin? “Bundan əlavə” sözlərini işlətməklə.
Elə bu səbəbdən də bütün ətrafını sorosçular və fetoçularla doldurub. Elə bunu tərifləyənlər də onlardır...
Məqsəd ölkə təhsilini tənəzzülə uğratmaqdır.
Muxtar İsayev



Şərhlər
Azpolitika,siz tamamile haqlisiniz,bioqrafik melumat natamamdir,Budapestde maqistr tehsili ne demek?Budapest Avropanin boyuk seh.den biridir,ne cox orada universit.ler...bele cixir ki bu adam orda-burda kurslar bitirib.
AXIRI YAXŞI OLAR...
Azpolitika.az saytına təşəkkür edirəm. Gəncədə camaat qan ağlayır, Sorosçu aqronom dostu Anar Qədimalıyevi Gəncə - Daşkəsən regional idarəyə müdir qoyub. kobud, qaba, savadsız bir adamdı.
AzPolitikadan gözləmədiyim biabırçı yanaşmadır bu. Dünyanın demək olar ki bütün aparıcı universitetləri elə Soros kimilərindir. Rusiyada təhsil alanları da Rus imperializminin adamı adlandıraq bu məntiqlə. Kökündən yanlışdır. Əsas insanın özünün icraatlarına baxmaq lazımdır.
Hansı nazirin ətəyini qaldırırsan altından ,ya erməni çıxır,ya da fırıldaq.Qarabağın azad edilməsində əlimizdən tutan,bizi Putinin qəzəbindən qoruyan Türkiyə oldu.Hara baxırsan,rus casusu,erməni bulaşığı və fetoçudur.Nə vaxta kimi belə olacaq?
Mən təhsil işçisi deyiləm, nazirlə də heç bir əlaqəm yoxdur. Bioqrafiyanın qısa yazılması saxtakarlıq anlamına gəlməməlidir.
Azpolitika ən çox oxuduğum və ədalətli mövqeyi ilə seçilən saytdır. Tövsiyə edirəm ki, kimlərinsə sifarişi olan belə yazıları verib, imicinizə zərər vurmayın və oxuculparınızı qaçırmayın