Menu

“Putin Şimali Koreya və İranın köməyinə möhtac qalıb” - Blinken

10.09.2022, 12:45
“Putin Şimali Koreya və İranın köməyinə möhtac qalıb” - Blinken

“Rusiya Ukraynaya müdaxilə etməklə nəinki hərbi qüdrətini sübut edə bilməyib, hətta silah yardımı üçün başqa ölkələrə müraciət etmək məcburiyyətində qalıb”.

“AzPolitika.info” xəbər verir ki bunu ABŞ Dövlət katibi Entoni Blinken NATO-nun baş katibi ilə Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Putin bu işğalla bütün dünyaya Rusiyanın hərbi qüdrətini göstərəcəyini zənn edirdi. Ancaq hazırda biz görürük ki, hərbi təchizatla bağlı ciddi problemlər yaşayan Rusiya, Şimali Koreya və İrandan kömək istəyir. Putin Qərbin iqtisadi sanksiyalarının zamanla azalacağına ümid etsə də, bu baş vermədi. Hazırda Rusiya iqtisadiyyatı böhran dövrünü yaşayır. 1000-dən çox şirkət Rusiya bazarını tərk edib. Rusiya avtomobil istehsalından tutmuş hərbi ixraca qədər əsas sektorlarını modernləşdirmək bir yana, dəstək verməkdə belə çətinlik çəkir”, - Blinken bildirib.

Qərb kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynadakı müharibədə istifadə etmək üçün, İrandan yüzlərlə pilotsuz döyüş təyyarəsi alıb.

Avqustun 31-də ABŞ Dövlət Departamenti də Rusiyanın İrandan pilotsuz təyyarələr aldığını təsdiqləyib.

Həmçinin Şimali Koreya lideri Kim Çen In da Putin rejimini tam dəstəklədiyini açıq şəkildə bəyan edərək, Rusiyaya 100 min hərbçi göndərməyə hazır olduğunu bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol