Menu

PAŞİNYAN MƏHV EDİLƏN ERMƏNİLƏRİN YENİ SAYINI AÇIQLADI - "Bu, yekun rəqəm deyil"

16.09.2022, 19:35
PAŞİNYAN MƏHV EDİLƏN ERMƏNİLƏRİN YENİ SAYINI AÇIQLADI  - "Bu, yekun rəqəm deyil"

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində ölkəsinin 135 hərbçisinin öldüyünü açıqlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazir hökumətin iclasında bildirib.

“Bu günə qədər ölənlərimizin təsdiqlənmiş sayı 135 nəfərdir. Təəssüf ki, bunun yekun rəqəm olmadığını başa düşürük. Çoxlu yaralılarımız var”, - Nikol Paşinyan vurğulayıb.

Qeyd edək ki, məhv edilən ermənilərin sayı bundan qat-qat artıqdır. Öldürülmüş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərinin Azərbaycan tərəfdə olması da bunu sübut edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol