Krımda səfərbərlik elan etmək üçün Rusiya Federasiyasının hüquqi əsasları yoxdur.
Bunu hərbi ekspert Oleq Jdanov bəyan edib.
O, işğal edilmiş Krımda səfərbərlik və Rusiya ordusu sıralarına qoşulacaq krımlıların ağır məsuliyyəti barədə sərt bəyanatla çıxış edib.
Bununla bağlı Jdanov öz fikrini YouTube kanalında səsləndirib («UNİAN»).
Onun sözlərinə görə, Rusiya Federasiyasının Krımda səfərbərlik elan etmək üçün hüquqi əsasları yoxdur.
«Mən, Rusiya Federasiyasını daha hüquqi dövlət hesab etmirəm… Rusiya Federasiyasının əsası yoxdur, amma istəyiblər - elan ediblər. Putinin dediyi kimi: «Nravitsya - ne nravitsya, terpi, moya krasavitsa» (Xoşuna gəlir, ya gəlmir - döz, mənim gözəlim). Onlar ona səs veriblər, mitinqlərə gediblər, qışqırıblar: «Putin», «Ura», «Rusiyaya eşq olsun», «Rusiya, irəli», diz çöküblər… Qoy indi onlar nəticəni alsınlar. Əlbəttə ki, Rusiyanın heç bir hüquqi əsası yoxdur ki, Krımda səfərbərlik elan etsin» - Jdanov bəyan edib.
Bu zaman o, mühüm dəqiqləşdirmə aparıb ki, kimlər Rusiya ordusunun sıralarına çağırılacaqlar: «Bu günə olan vəziyyət belədir ki, bu ərazi işğal olunub… Rusiya Federasiyası bu ərazidə baş verən hər şeyə görə məsuliyyət daşıyır… Krımdan çağırılanlar hərbçi əsgər deyillər. Əgər onlar bu gün buraya - Ukraynaya düşsələr, Rusiya Federasiyasının ordusunda döyüşəcəklər və əsir düşəcəklər, hərbçi olmadıqları üçün, onlar o saat «hərbi cinayətkar» maddəsi altına düşəcəklər».
Xatırladırıq, bundan əvvəl Jdanov danışıb ki, Rusiyanın işğalçı hakimiyyəti Krımda səfərbərliyə başlayır.
krım


Şərhlər