DAHA BİR İDARƏ RƏİSİ GÖMRÜKDƏN UZAQLAŞDIRILDI - Mehdiyevin tələbə yoldaşıdır

Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsindən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun dünən verdiyi müvafiq əmrlə idarənin rəisi, gömrük xidməti polkovniki Fərhad Fərrux oğlu Babayev öz xahişi ilə vəzifəsindən azad olunub.

Dövlət Gömrük Xidmətinin mətbuat xidməti xəbəri təsdiqləyib.

Qeyd edək ki, Fərhad Babayev DGK-nın sabiq sədri Səfər Mehdiyevin tələbə yoldaşı olub. 2018-ci ildə komitənin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə təyin olunan Fərhad Babayev uzun illər ləğv edilən Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıb.

635x100

Şərhlər

RR 2022-09-17 12:41:31

Teze tema )

Vətəndaş 2022-09-17 09:13:13

bütün məsələləri KADR həll edir.Ancaq Azərbaycanda kadr seçimi kimin əlindədirsə o seçim etməyi ya bacarmır,ya da qəsdən belə yaramaz və yarıtmazları seçir ki,həm millət əziyyət çəksin,həm ölkə biabır olsun.Bu faktı təsdiq edən kifayət qədər faktlar bütün sahəərimizdədir.....

dadaşyev 2022-09-17 00:30:03

Öz xahişi ilə?A balam,iş tapmaq o qədər çətindi ki,bələdiyyənin zibildaşıyanı da öz xahişiylə işdən çıxmaz,dollarların durna qatarları kimi fır-fır fırlandığı çimyağ idarənin rəisi vəzifəsindən kim öz xahişiylə çıxar?Özgə xahişiylə çıxıb böyük bir ehtimalla.

Eli 2022-09-16 21:51:39

Demeli sedrin telebe yodaşı olduğuna göre bu adam nbu sistemde işlete bilmez.Eceb mentiqdir.Bizde nğtün nazirlerin ve onların müavinlerinin neclş mecabwti uzun iller hemin nazirliklerde işleyib ve bunu heç kim müşahide etmeyib.İndi yeni rehberler Amerika keşf edirler deyesen.Görek bunlardan sonra gelenler kimleri işden çuxaracaq ve yaxud bunlar kimleri yeni vezifekere teyin edecekler.

Son yazılar