Menu

Putin rejimi nə vaxt çökəcək? - Podolyak proqnoz edib

17.09.2022, 00:15
Putin rejimi nə vaxt çökəcək? - Podolyak proqnoz edib

Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixail Podolyak proqnoz edib ki, 2022-ci ilin payızı Putin rejimi üçün sonuncu olacaq.

Bu barədə o, özünün «Tvitter»ində yazıb («UNİAN»).

«Sonuncu payız… Rusiya «monarxiyası» üçün» - Prezident Ofisi müşaviri yazıb. Öz fikrini o, belə arqumentləşdirib ki, NATO aktiv olaraq genişlənir, Ukrayna effektli və miqyaslı əks-hücumlar edir.

«Özbəkistanda ŞƏT sammitində sən tənha olaraq durmusan. Ona görə ki, dünənki müttəfiqlər sürətlə Çinin orbitinə keçiblər… Sonda həmişə hesablar üzrə ödəniş etmək lazım gəlir» - Podolyak fikrini yekunlaşdırıb.

Bundan əvvəl xəbər verildiyi kimi, Özbəkistanda ŞƏT-nın qeyri-formal söhbətlərində Rusiya Prezidenti Vladimir Putini və onun «həmkəndlisi» Aleksandr Lukaşenkonu hiss olunacaq qədər diqqətdən kənarda qoyublar. Səmərqənd küçələrində sammit iştirakçılarının gəzinti videosunda isə Putin ümumiyyətlə, görüş dairəsindən kənarda qalıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol