TƏBRİZDƏ AZƏRBAYCANA DƏSTƏK MİTİNQİ KEÇİRİLDİ - VİDEO

Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə Ermənistannın Azərbaycana qarşı hərbi təxribatı, İran hökumətinin Ermənistanı dəstəkləməsinə qarşı kütləvi aksiya keçirilib.

Turkustan.az xəbər verir ki, aksiyaçılar düşmənin başını əzən Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər.

Həmçinin, İran rəhbərlərinin son günlər Ermənistanı açıq dəstəkləməsi, Azərbaycana qarşı savaşan, Azərbaycan həbrçilərini şəhid edən Ermənistanı PUA-larla təchiz etməsinə qarşı çıxışlar olub. 

Aksiyaçılar etirazlarını bu şüarla səsləndiriblər: "Erməni cinayət eləyir, İran himayət eləyir", "Yaşasın Azərbaycan".

Aksiyadan çəkilmiş videonu təqdim edirik:

635x100

Şərhlər

Ceyhun 2022-09-17 23:56:06

Yaşasın Cənublu Qardaşlarımız

Ceyhun 2022-09-17 23:55:15

Yaşasın Cənublu Qardaşlarımız

Türk Turan 2022-09-17 16:56:23

Təşəkkür edirik qardaşlarımıza, minnətdarıq. Əhsən sizə, eşq olsun!

dadaşyev 2022-09-17 14:55:08

Eşq olsun Təbrizimə!!!Min il əvvəl dünyada ilk terror dövləti qurmuş fars tiryakisi Həsən əs-Sabbahın bu günkü davamçısı olan donqili əmmaməli fars tiryaki dövlətinə qarşı möhkəm dayan.İran qətiyyən islam dövləti deyil,1979-da ABŞ və Fransanın qurduğu terror dövlətidir.Xomeyni on illərlə Fransada yağ içində böyrək kimi bəslənərək SSRİ-nin Əfqanıstana girməyinə qarşılıq İranın başına Fransa və ABŞ istihbaratıyla gətirildi.Deyə bilərlər Xomeyni İranın böyüyü olandan 10 ay sonra,79-un sonunda girdi axı SSRİ Əfqanıstana.Rəsmi olaraq hə.Amma Əfqanıstanda xidmət edənlər bilir ki,hələ 1978-ci ilin aprelində sovet desantçıları Kabilə qəfildən girərək höküməti devirmişdilər.Ona görə də ara-sıra ABŞ-ın İranı hədələməyinə aldanmayın,dünyada neftin qiymətini oynatmaq üçün olan donqili hədələrdir.ABŞ heç vaxt İranı vurmaz,çünki İran onun terror proyektidir türk birliyinə qarşı.

Ədalət 2022-09-17 13:41:47

İran rejiminin Ermənistana dəstəyini və Şimali Azərbaycanla düşmənçiliyini ancaq Cənubi Azərbaycanda yaşayan həm vətənlərimiz dayandıra bilər. Eş olsun onlara!

Isibaba 2022-09-17 12:58:19

HALAL OLSUN

Son yazılar