Rusiya ordusu Luqanskda çətin duruma düşüb - Ukrayna Müdafiə Nazirliyindən açıqlama

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, ölkənin qismən işğal olunmuş Luqansk regionunun ən mühüm logistik arteriyalarından birində Rusiya qüvvələrinə qarşı rəvan və inamlı bir şəkildə irəliləyişini davam etdirir.

Ukrayna Silahlı Qüvvələri Strateji Kommunikasiya Departamentinin 22 sentyabr tarixli "Telegram" postunda deyilir ki, Rusiyanın işğalçı qüvvələri Luqanskın şərqindəki Lisiçansk şəhəri yaxınlığında çətin duruma düşüb.

Xatırladaq ki, Ukraynanın şərqindəki Donbas regionunun bir hissəsi olan Luqansk Rusiyanın nəzarətində olan və mübahisəli referendumların keçirilməsi planlaşdırılan 4 ərazidən biridir. Bu ərazilərin Rusiyaya birləşdirilməsi üçün referendumlar sentyabrın 23-də başlanmalıldır.

Ukrayna və onun müttəfiqləri bu referendumların qanunsuz olduğunu və nəticələrinin tanınmayacağını bildiriblər.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar