“İNSANLARI SƏFƏRBƏRLİKLƏ QORXUDURLAR...”- "Qoy 30 mini qaçsın, lap elə 50 mini..." + VİDEO

Soçidə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko həmkarı Vladimir Putinlə görüş zamanı Rusiyadan sonra ölkəsində də səfərbərlik elan ediləcəyinə dair yayılan xəbərlərə münasibət bildirib.

Belə ki, Lukaşenko ölkəsində insanların səfərbərliklə qorxudulduğunu qeyd edib.

“Bizdə səfərbərliklə qorxudurlar ki, kimsə xaricə qaçıb. Qulaq asın, Rusiyanın 25 milyonluq səfərbərlik resursu var. Yaxşı qoy 30 mini qaçsın, lap elə 50 mini. Onlar burda qalsa idilər, bizim adammı olacaqdılar?”, - deyə Lukaşenko qeyd edib.

Xatırlada ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Bundan sonra Rusiyanı tərk edənlərin sayı artıb. Bəzi məlumatlara görə 281 min kişi Rusiyanı tərk edib. Bu səbəbdən ölkə sərhədlərində tıxaclar yaranıb.

635x100

Şərhlər

Tahir 2022-09-26 20:19:45

Putinin ətrafında qalan yeganə həm də təlxək adam Luka. Uyğun anda o da Putinin cəmdəyinə tüpürüb aradan çıxmaqla və bundan özünə " bəraət" almaq üçün yararlanmağa çalışacaq. Ay sən öləsən Batya. Dünya bunu yeməz...

Son yazılar