AZƏRBAYCAN ORDUSUNUN XİDMƏT RƏİSİ HƏBS EDİLDİ - Milyonlarla mənimsəmə + VİDEO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

APA xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.

Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Vetemdash 2022-09-29 03:25:43

Elbette Zakir Hesenov hec ne bilmeyib

Şəkidən 2022-09-28 22:36:37

DTX nə vaxt yolunu Şəkiyə salacaq ???????????????????????

Eli 2022-09-28 19:19:27

Avropa ve ABŞ ona göre herterefli inkişaf edib ki,”İnsan faktoru” birinci yerdedir yeni dövlet en böyük kapital hesab etdiyi faktor onun vedendaşı ve onun hüquqlarıdır.Bizim hüquq mğhafşze ırqankarı şse bir nömreli faktor pulu hesab etdiyinden esas okaraq korrupsiya hallarını araşdırır.

Aydın 2022-09-28 16:09:22

Bir idarə daxilində 9 milyon pulu mənimsənilməsi necə ola bilər? Bu milyondan nə qəədri idarə rəisinə çatdığını nedə təyin etək olat7Axı bu idarrənın rəhbər bilmdən belə halın olması mümünsüzdür....

Eli 2022-09-28 14:22:46

Mence birinci növbede “ Terter işi” nde esger ve zabitlerin şeref ve leyaqetini aşağılayanlar çezalandırılmalıdırlar ki bu Ordunun ve Milletin şeref meselesidir.Axı 2000 -e yaxın zerer çeken var , mümkün deyil ki, onların hamısı yalan danışsın.Bu iş tam açılsa çox papaqlar boş qalacaq.

Rustəm 2022-09-28 11:28:03

Vəsadət başqa anlamdır, vəsait başqa.

Son yazılar