Menu

Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat tədarük edəcək

29.09.2022, 11:03
Hindistan Ermənistana 245 milyon dollarlıq silah-sursat tədarük edəcək

Hindistan Ermənistanla çoxlu sayda raket, reaktiv mərmi və sursatların ixracına dair müqavilə imzalayıb.

APA “Economic Times”a istinadən xəbər verir ki, müqavilə bu ayın əvvəlində iki ölkənin hökumətləri arasında imzalanıb.

Müqavilələrin ümumi məbləği tam olaraq açıqlanmasa da, yaxın aylarda Ermənistana təqribən 245 milyon ABŞ dolları məbləğində silah göndəriləcək.

O da qeyd olunub ki, Hindistan ilk dəfə olaraq “Pinaka” çoxlüləli reaktiv atış qurğularını ixrac edəcək, hansı ki, bu qurğular Hindistan ordusunun arsenalında yer alır.

Şərhlər

korrektor 2022-09-29 13:07:20

Hindistanın özü öz üstündən bir qırmızı xətt çəkdi!

Camal 2022-09-29 11:42:14

Yəqin stepan şaumyanın nəvələri kömək edib. Ağlamalı film də göndərsinlər lazım olacaq...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol