Menu

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

30.09.2022, 13:05
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

Məhkumlara videogörüşlər keçirmək hüququ verilir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol