“Putin hərbçi itirməkdən qorxmur. Çünki Rusiya Federasiyasında insan həyatının heç bir dəyəri yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov mətbuata açıqlamasında deyib.
Oleq Jdanov hesab edir ki, Putin Ukraynada böyük itkilərlə üzləşməyə hazırdır: “Putin işğalın əvvəlində təxminən 30-50 min hərbçi itirəcəyini gözləyirdi. O, belə itkiləri kifayət qədər məqbul hesab edib. Hazırda Putin daha böyük itkilərə hazırdır. İndi o, hətta 300 və 500 minlik əsgərin ölümünü belə qəbullana bilər”.
“AzPolitika.info”


Şərhlər