AZƏRBAYCANLI DEPUTATIN OĞLU TÜRKİYƏDƏ OĞURLANIB - Adı açıqlandı (Yeniləndi)

Xəbər verdiyimiz kimi, Türkiyədə Azərbaycan Milli Məclisinin deputatlarından birinin oğlunun oğurlandığı haqda məlumat yayılıb. Bu barədə bu gün "musavat.com" saytı məlumat yayıb. Məlumatda bildirilir ki, deputatdan 5 milyon dollar alındıqdan sonra oğlu sərbəst buraxılıb. 

"Bakipost.az" saytı oğlu oğurlanan deputatın kimliyini açıqlayıb.  

Oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğu bildirilir. Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. Məlumatlı mənbə A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.

Məsələ ilə bağlı saytın əməkdaşlarının deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdləri baş tutmayıb. Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini bildirib: "Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam". 

***

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Musavat.com-un əldə etdiyi məlumata görə, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.

635x100

Şərhlər

dadaşyev 2022-10-04 13:16:38

"AZAL" Naxçıvana təyyarə biletlərinin qiymətini 10 manat qaldırmışdı deyə yayda deputatlar haray saldılar ki,ay amaan,bundan sonra biz deputatlar Naxçıvana necə gedək gələk,maaşlarımız qaldırılmalıdı.Millət onda buna etiraz etmişdi.İndi də etməkdədir.Amma,ay millət,gördünmü yazıqların doğrudan da pulu-parası yox imiş.Milyonu milyon üstünə qoyub birtəhər yaşayırmışlar.Bax elə birisi bu.Nəyi var bunun.Bir həsirdi,bir məmmədnəsir.Halal zəhmətlə qəpik qəpik yığıb 5 milyon dollar yenicə düzəltmişdi,hansı yaramaz uşaqlarsa Türkiyədə bircə andaca alıb apardılar.İndi bunun maaşı qaldırılmasın,neynəsin?İnsafdımı yəni?Merhamet yau kardeşim.Siz pensiyaçılar isə yanvar ayını gözləyin,ola bilsin 5-10 manat əlavələr edilsin.Bankomatdan pensiyanızı çəkəndə əlavəni görəndə də sevinin,üzünüzdən gülüş əskik olmasın,çünki gülüş ömrü uzadır deyirlər.O ki qaldı filankəsin sovet vaxtı məktəbi qızıl medalla bitirməsinə,vallah mənim rəhmətlik dədəm də oxuduğum məktəbin tabe olduğu maarif şöbəsinin müdiri,məktəb direktoru,o rayonun katibi-filan olsaydı mən də məktəbi qızıl yox ee,brilyant medalla bitirərdim.Karyeramda da pillələri ildırım sürətiylə qalxardım.

Rövşen 2022-10-04 00:14:12

Yorulmaduz xalqin pullarini ora bura paylamaqdan.hayıf bu torpaq ūçün her şeyin feda eliyen insanlardan.

Moshu 2022-10-03 23:38:09

Birincisi, ondan başlayaq ki, bu məlumat haradan sızıb? Mənbəyini göstərin. Azpolitikada girov götürülənin qolları bağlı, əlləri açıq vəziyyətdə şəkil verilir, bakupost.az saytında girov götürülənin ağzına skotç vurulub. Girov götürülənin görüntülərini kim görüb, kim şahidlik edib? Bu qədər pul hansı şəraitdə verilib, bu kürd qruplaşması kimlərdir? Görürsünüz suallar çoxdur, amma cavab görünmür. Başa düşürəm, saytdakı materialı oxumaq üçün maraqlı, camaatı qıcıqlandıran nəsə yazmalısan. Hesab edirəm belə ucuz reklamdan uzaq olmaq məsləhətdir. Qaldı 5 milyon məsələsinə. Bu çox ciddi ittihamdır. Əhliman Əmiraslanov uzun müddət Tibb Universitetinin rektoru olub, hazırda Milli Məclisdə Səhiyyə Komitəsinin sədridir. Fikrimcə, respublikanın Baş Prokuroru bu məsələni nəzarətə götürüb ona aydınlıq gətirməlidir və Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetində açıqlama verməlidir. Eyni zamanda Milli Məclisin rəhbərliyi, şəxsiyyətinə böyük hörmət bəslədiyim Sahibə xanım Qafarova bu məsələni araşdırmalıdır. Onda deyərəm həqiqətən bu demokratiyadır.

Kolxozdar 2022-10-03 22:32:39

Məqalədə məbləğin qazanc mənbəyi göstərilib! Daşnaqlar 1987 ci ilin ilk günlərindən ÖZƏL-Kapitalizmin dönüşünə nail olmuşdular!? Öncə Ermənistandan deportla, parallel Azəərbaycanın DQMV və ətraf rayonlarından bütün azərbaycanlı ailələrini öz doğma torpaqlarından iki Azərbaycan və SSRİ dövlətinin qarşısında onlara təslim etdilər? Bizlərsə, Qarabağ əvəzinə bulvarda oturub, Hokumət evində boş kresloları izlədik?

ELSAD 2022-10-03 22:29:05

Azerbaycan realliqi.Qardawim, hansi memuru terpedirsen,altindan milyonlar cixir. Ne gozel Istanbul bee...

aqa cefer 2022-10-03 21:00:56

Onkoloji xəstələrə satılan dərmanların puludur

Ədalət 2022-10-03 19:27:04

Bunlardan soruşan yoxdur ki, 5 milyon dollar sizdə hardandır? Millət 5 manat şörək pulu tara bilmir. Bu 5 milyon dolları hardan oğurlamısınız?

qulu 2022-10-03 15:25:27

5 million elə bil 5 qəpikdir onlar üçün

Vətəndaş 2022-10-03 15:21:13

Tibb universitetində yığdığı pullar Türkiyədə sərmayəyə yatırılıb.Bəs bu pulları necə keçirlib? Bir də "deputat" niyə Azərbaycanda sərmayə qoymayıb,pulunu ölkədən çıxarıb,oğlunu isə xaricdə saxlayıb? Niyə dövlət orqanları bunu araşdırmır? Bu 5 milyon haradandır?Ölkəni belə soyurlar.

Son yazılar