Menu

London marafonunda faciəvi hadisə baş verib

03.10.2022, 23:00
London marafonunda faciəvi hadisə baş verib

İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib.

"Report"un "The Sun" nəşrinə istinadla məlumatına görə, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.

Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol