SABİQ NAZİR OĞULLARININ ADINA MİLYONLUQ MÜLKLƏR ALIB - SİYAHI

Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yoxlama aparılıb.

Məlum olub ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmlaklardan yalnız birini öz adına rəsmiləşdirib. O, mülklərini, əsasən, övladları və yaxın qohumlarının adına alıb. Həmin qohumlar arasında Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu da olub.

Qiymətləndirmə zamanı məlum olub ki, Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18 605 500 manatdır. Həmin əmlakların siyahısını təqdim edirik:

Səlim Müslümovun öz mülkiyyətində:

- Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospektində mənzil (140 000 manat);

Oğlu Turqay Müslümlünün mülkiyyətində:

- Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350 000 manat);

Oğlu Asim Müslümlünün mülkiyyətində:

- Bakı şəhəri Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450 000 manat);

- Bakı şəhəri Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926 250 manat);

Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:

- Bakı şəhəri Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5 000 000 manat);

Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində:

- Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində ev (389 250 manat);

- Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4 000 000 manat);

- Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900 000 manat);

Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:

- Ağsu şəhərində yerləşən səkkiz hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-yə aid istixana (1 500 000 manat);

Qaynı Ağaxan Xasayevin mülkiyyətində:

- Bakı şəhəri Xətai rayonu R.Rza küçəsində yerləşən üçmərtəbəli, sahəsi 2 000 kv.m olan qeyri-yaşayış sahəsi (2 300 000 manat);

- Bakı şəhəri Xətai rayonu R.Rza küçəsində yerləşən ikimərtəbəli, sahəsi 1 650 kv.m olan qeyri-yaşayış sahəsi (2 000 000 manat);

- Bakı şəhəri Xətai rayonu R.Rza küçəsində yerləşən, sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsi (650 000 manat).

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. Səkkiz milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.

635x100

Şərhlər

Firdövsi 2022-10-24 11:01:09

Bu talanlara niyə imkan verilir?.

Moderatora 2022-10-24 10:59:16

Bəs Ziya,Fazil MəmmədovlarŞİrahimovlar,Mahmudov və sairə və sairə ? Niyə bunların fırıldaqları açılmır və lazımi ölçü götürüımür?

Vidadi 2022-10-20 15:03:15

Bunun günahı idarəçiliyin yarıtimazlığı və rüşvətin leqallaşdırılmasıdır.

Vətəndaş-a 2022-10-18 10:17:34

Bu talançılara niyə imkan verilir?

MƏDƏT 2022-10-16 18:57:11

hANSI NAZİR,kOMİTƏ SƏDRİ,HAKİM,pROKUROR BUNU ETMƏYİB Kİ?

Moshu 2022-10-05 15:32:57

“Vətəndaş” qeyd edir ki, TALANÇI MƏMURLAR ÖLKƏNİ MİLLƏTİ ÇAPIB TALAYIBLAR, ... ALLAH BUNLARIN BƏLASINI VERSİN. Ay hörmətli və dəyərli “vətəndaş” Allahın işi-gücümü qurtarıb o cinayətkara, bu cinayətkarla mübarizə aparsın? Bu sözlər Azərbaycan vətəndaşına məxsus ola bilər. Bunu nə alman, nə amerikan, nə də fransız dilinə gətirər. Bizdə Azərbaycanda hər şey elə biabırçı, murdar vəziyyətə gəlib çatıb ki, hər nə olursa Allahın üzərinə qoyuruq. Harda qalıb başı batmış hüquq-mühafizə orqanları? Əgər hər hansısa məlumat mediada işıqlandırılırsa, Baş Peokurorluq buna qəti reaksiyasını verməlidir. İnsanlarımız da manqurtlaşıb, hər şeyə biganəlik nümayiş etdirir. Nə qədər vəzifə başına səriştəsiz, layiqsiz adamlar çəkiləcək, biz bütün məsələləri Allahın üzərinə atacağıq. Bu gün etiraf edək ki, ölkə başçısının başı xaricdən üzərimizə yönələn təxribatların qarşısını almağa və Qarabağımızın dirçəlməsinə yönəlib. Bu insan neçə yerə parçalanmalıdır ki, bütün məsələlərin öhdəsindən gəlsin? Onda nəyə lazımdır bu lazımsız qurumlar. Yenə yadıma bir pritça düşdü. Ana bala şeytan yolun kənarında dayanmışdı. Bir kəndli isə araba sürürdü. Öküz ağır yükü çəkə-çəkə şıllaq atır. Kəndli Allah sənə lənət eləsin a şeytan deyir və bu sözləri bir neçə dəfə təkrarlayır. Bala şeytan anasından soruşur ki, bu kişi niyə bizi lənətləyir, axı biz burda sakitcə durub müşahidə edirik, heç nə ilə işimiz yoxdur. Ana şeytan gülümsəyərək cavab verir ki, burda durmasğımıza baxma mənim barmağım o öküzün bir yerindədir, ona görə də o soncuxlatır. İndi əzizlərim biz bu barmaqdan qurtulmalıyıq. Bu məsələdə bu xalqa yardımçı Baş prokurorluq olmalıdır. Buna hər cür əsaslar və mexanizmlər var. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu və “Korrupsiya ilə mübarizə haqqında” BMT Konvensiyası mövcuddur. Bu hüquqi sənədlər Prokurorluğun üzərinə bu vəzifələri qoyur. Gəlib çıxdıq Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinə. Başlayaq xırda məsələdən. Əmək pensiyaları hər ayın 15-də nazirlik tərəfindən pensiyaçıların hesabına köçürülür, nə az, nə çox, təxminən 360-370 miıyon civarında. Azərbaycan vətəndaşı pensiyasını niyə ayın 16-sı almalıdır? Bildiyimə görə banklar bu bir gün ərzində böyük faizlər əldə edirlərş Necə deyərlər altda qalanın canı çıxsın. Bu gün nazidlikdə və Dövlət Sosial Müdafiə fondunda rəhbər vəzifələrdə Səlim Müslümovun vaxtı ilə təyin etdiyi yerliləri, qohumları, nəsli-nəcabəti əyləşib və layiqli kadrları ləkələməklə məşğuldurlar (ola bilər ki, saxta məlumat ötürürəm, Baş Prokurorluq yoxlasın). Bu gün bu nazirlik elə bir çirkaba bulaşıb ki, illər sonra onu təmizləmək mümkün olmayacaq. Əgər bunu Sahil Babayev görmürsə və ya görmək istəmirsə deməli bu nazir özü yerində deyil. Qısa bir arayış vermək istərdim. Yaxın dostların dediklərinə görə Sahil Babayev vaxtı ilə sabiq Milli Məclisin sədr müavini Valeh Ələsgərovun köməkçisi olub və işi kağız aparıb gətirmək olub, bir gün də nə kiçik bir kollektivə nə də bir fermaya rəhbərlik etməyib. Onun bu şeytanların əli ilə gətirib belə bir ağır nazirliyin başına gətirtmək, mən də deyərdim: Allah şeytana min lənət eləsin. Belə bir strateji xarakter daşıyan sahəyə vaxtı ilə kağız daşıyan, idarəçilikdən məlumatı olmayan adamın təyin edilıməsi hələ bundan sonra hansı fəsadlara gətirib çıxaracağının şahidi olacağıq. Hər halda bu nomenklatura cənab Prezidentin səlahiyyətindədir, son qərar da onundur. Əsas məsələ şeytanın barmağının sındırılmasıdır.

Eli 2022-10-05 14:01:37

Ailesini,şexsi maraqlarını milli menafeden ğstün tutan adamlardan hökümet üzvü-nazir olmaz,bu dövlet biznesmenidir büdce talayan bir sade Şeyx Nesrullahdır.

Şərhçilərə maliyyəçi 2022-10-05 13:34:49

Qarabağı müdafiəsi üçün əfqanlara 50 milyon ayıra bilməyən dövlətin hər tərəfə 50 milyonları havada uçurmuş, deyirsiniz? Rəqəmlər PKK fəalları və ya qarabağ əqrəbaları üçünmü? Yoxsa, alınıb, geri qaytarıla da bilər? Məncə, istər hərbi-siyasi, istərsə belə maliyyə müsahibə və mülahizələrdə heç bir ehtiyat və məsuliyyət hiss olunmur?

Moshu 2022-10-05 06:54:31

“Vətəndaş” qeyd edir ki, TALANÇI MƏMURLAR ÖLKƏNİ MİLLƏTİ ÇAPIB TALAYIBLAR, ... ALLAH BUNLARIN BƏLASINI VERSİN. Ay hörmətli və dəyərli “vətəndaş” Allahın işi-gücümü qurtarıb o cinayətkara, bu cinayətkarla mübarizə aparsın? Bu sözlər Azərbaycan vətəndaşına məxsus ola bilər. Bunu nə alman, nə amerikan, nə də fransız dilinə gətirər. Bizdə Azərbaycanda hər şey elə biabırçı, murdar vəziyyətə gəlib çatıb ki, hər nə olursa Allahın üzərinə qoyuruq. Harda qalıb başı batmış hüquq-mühafizə orqanları? Əgər hər hansısa məlumat mediada işıqlandırılırsa, Baş Peokurorluq buna qəti reaksiyasını verməlidir. İnsanlarımız da manqurtlaşıb, hər şeyə biganəlik nümayiş etdirir. Nə qədər vəzifə başına səriştəsiz, layiqsiz adamlar çəkiləcək, biz bütün məsələləri Allahın üzərinə atacağıq. Bu gün etiraf edək ki, ölkə başçısının başı xaricdən üzərimizə yönələn təxribatların qarşısını almağa və Qarabağımızın dirçəlməsinə yönəlib. Bu insan neçə yerə parçalanmalıdır ki, bütün məsələlərin öhdəsindən gəlsin? Onda nəyə lazımdır bu lazımsız qurumlar. Yenə yadıma bir pritça düşdü. Ana bala şeytan yolun kənarında dayanmışdı. Bir kəndli isə araba sürürdü. Öküz ağır yükü çəkə-çəkə şıllaq atır. Kəndli Allah sənə lənət eləsin a şeytan deyir və bu sözləri bir neçə dəfə təkrarlayır. Bala şeytan anasından soruşur ki, bu kişi niyə bizi lənətləyir, axı biz burda sakitcə durub müşahidə edirik, heç nə ilə işimiz yoxdur. Ana şeytan gülümsəyərək cavab verir ki, burda durmasğımıza baxma mənim barmağım o öküzün bir yerindədir, ona görə də o soncuxlatır. İndi əzizlərim biz bu barmaqdan qurtulmalıyıq. Bu məsələdə bu xalqa yardımçı Baş prokurorluq olmalıdır. Buna hər cür əsaslar və mexanizmlər var. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu və “Korrupsiya ilə mübarizə haqqında” BMT Konvensiyası mövcuddur. Bu hüquqi sənədlər Prokurorluğun üzərinə bu vəzifələri qoyur. Gəlib çıxdıq Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinə. Başlayaq xırda məsələdən. Əmək pensiyaları hər ayın 15-də nazirlik tərəfindən pensiyaçıların hesabına köçürülür, nə az, nə çox, təxminən 360-370 miıyon civarında. Azərbaycan vətəndaşı pensiyasını niyə ayın 16-sı almalıdır? Bildiyimə görə banklar bu bir gün ərzində böyük faizlər əldə edirlərş Necə deyərlər altda qalanın canı çıxsın. Bu gün nazidlikdə və Dövlət Sosial Müdafiə fondunda rəhbər vəzifələrdə Səlim Müslümovun vaxtı ilə təyin etdiyi yerliləri, qohumları, nəsli-nəcabəti əyləşib və layiqli kadrları ləkələməklə məşğuldurlar (ola bilər ki, saxta məlumat ötürürəm, Baş Prokurorluq yoxlasın). Bu gün bu nazirlik elə bir çirkaba bulaşıb ki, illər sonra onu təmizləmək mümkün olmayacaq. Əgər bunu Sahil Babayev görmürsə və ya görmək istəmirsə deməli bu nazir özü yerində deyil. Qısa bir arayış vermək istərdim. Yaxın dostların dediklərinə görə Sahil Babayev vaxtı ilə sabiq Milli Məclisin sədr müavini Valeh Ələsgərovun köməkçisi olub və işi kağız aparıb gətirmək olub, bir gün də nə kiçik bir kollektivə nə də bir fermaya rəhbərlik etməyib. Onun bu şeytanların əli ilə gətirib belə bir ağır nazirliyin başına gətirtmək, mən də deyərdim: Allah şeytana min lənət eləsin. Belə bir strateji xarakter daşıyan sahəyə vaxtı ilə kağız daşıyan, idarəçilikdən məlumatı olmayan adamın təyin edilıməsi hələ bundan sonra hansı fəsadlara gətirib çıxaracağının şahidi olacağıq. Hər halda bu nomenklatura cənab Prezidentin səlahiyyətindədir, son qərar da onundur. Əsas məsələ şeytanın barmağının sındırılmasıdır.

Ne qeder olar... 2022-10-05 03:32:51

Nolsun ki...... nazirler memurlar bu ölkeni dagitdilar.....

Rabitəçi 2022-10-04 22:22:10

Vətəndaşın müravciətlərinə baxılmaması səbəbli dövlət əmlakları talan edilir.....? PA- da vətəndaşın müraciətinə baxmayırlar, çox acınacaqlı bir vəziyyətdir... Ona görədə məmur özbaşnalığı hökm sürür. Rabitə Nazirliyində nazir dəyişilsədə, iş prinsipi dəyişilməmişdir, sabiq nazirin rəhmətə gedənlərinə dua oxutdururlar !

Rasim Quliyevə 2022-10-04 22:03:17

BU yetimin digərlərinə baxanda nəyi var ki?Bəs o biriılər Müslümovdan irilər niyə ortaya çıxarılmır? Məsələn, R.Mehdiyev,Mahmudov,Ziya və Fazil Məmmədovlar,Nehrəmli İbrahimovlar və sairələr....

Kərəm 2022-10-04 21:58:16

Hansı nazir,Komitə sədri,Xidmət Rəisi.Deputat ,İcra başçısı bunu etməyib?

Rasim Quliyev 2022-10-04 19:41:49

Okeanda damci o vaxt pensiya duzeltmek 6000 manatdan bashlayirdi.Sahil Babayev de indi eziyyetini cekir.Yigdigi ozunun deyil evdekilerinin canindan cixsin.Cehenneme gedende 33 gumush ozu ile aparar.Allah gozuvu doydursun,doymasanda torpagla doyarsan.Sen axsam nece rahat yatirsan?

Vətəndaş 2022-10-04 17:22:32

TALANÇI MƏMURLAR ÖLKƏNİ MİLLƏTİ ÇAPIB TALAYIBLAR, ... ALLAH BUNLARIN BƏLASINI VERSİN.

Son yazılar