Menu

“Rus əsgərləri kütləvi şəkildə əsir düşürlər” - “Ukrayna ərazisinə keçməmiş təslim olmaq istəyirlər”

04.10.2022, 15:29
“Rus əsgərləri kütləvi şəkildə əsir düşürlər” - “Ukrayna ərazisinə keçməmiş təslim olmaq istəyirlər”

Kemlin elan etdiyi “qismən səfərbərlik” əks effekt verməkdədir. Artıq Putinin məlum qərarından sonrakı qısa müddətdə Rusiyanı tərk edən rusiyalıların sayı səfərbərliyə cəlb edilməsi planlanlaşdırılanların sayını ötüb. Səfərbərliyə cəlb olunanlarınsa böyük əksəriyyətinin nə döyüşmək həvəsi, nə motivasiyası, nə də hərbi bacarıqları və döyüş təcrübəsi var. Bu səbəbdən son zamanlar Ukrayna tərəfinə könüllü olaraq əsir düşən və bununla bağlı müraciət edən rus əsgərlərinin sayı durmadan artır.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov son günlər rusiyalı hərbçilərin kütləvi şəkildə əsir düşdüklərini və bununla bağlı çoxlu sayda yeni müraciətlərin daxil olduğunu bildirib: “Rus əsgərləri kütləvi şəkildə əsir düşürlər. Hətta Ukrayna ərazisinə keçməmiş təslim olmaq istəyirlər”.

Məlumat üçün bildirək ki, Ukrayna tərəfi “Yaşamaq istəyirəm” adlı yeni dövlət layihəsilə çıxış edib. Həmin layihə könüllü olaraq əsir düşmək istəyən rus əsgərləri üçün hazırlanıb.

Bu layihə rusiyalı hərbçilərin müraciətlərini qəbul edir və onların təhlükəsiz şəkildə əsir düşməsinə şərait yaradaraq, həmin şəxslərin hüquqlarının Cenevrə Konvensiyasına uyğun şəkildə qorunacağına təminat verir. Bununla bağlı “qaynar xətt” yaradılıb və rus hərbçilər ora müraciət edə bilirlər.

Andrey Yusov deyib ki, xüsusilə də Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki uğurlu əks-hücumundan, eləcə də “qismən səfərbərlik” elan ediləndən sonra könüllü olaraq əsir düşənlərin və bununla bağlı Ukrayna tərəfinə müraciət edən rus hərbçilərin sayı kəskin şəkildə artıb: “Artıq nəinki Ukrayna ərazisndəki işğalçı ordunun tərkibindəki əsgərlər, hətta hələ Rusiya ərazisində olan və səfərbərliyə yeni cəlb edilənlər, onların yaxınları və valideynləri bizə zəng edərək, informasiyaları dəqiqləşdirirlər. Son bir neçə həftədə artıq 2 mindən çox belə müraciət olub”.

C.Məmmədov

“AzPolitika.info”     

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol