Menu

Azərbaycan 17 erməni hərbçini İrəvana qaytarıb (Yenilənib)

04.10.2022, 20:53
Azərbaycan 17 erməni hərbçini İrəvana qaytarıb (Yenilənib)

Bakı 17 erməni hərbçini İrəvana qaytarıb. Bu barədə çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, proses ABŞ-ın vasitəçiliyi ilə baş tutub. (Mənbə: TASS)

***

Azərbaycan daha 17 erməni hərbçini geri qaytarır.

APA xəbər verir ki, bu barədə "Канал огней" Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan növbəti dəfə humanizm prinsiplərini rəhbər tutaraq 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 Ermənistan hərbçisini geri qaytarır.

Məlumata görə, məsələ beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb.

Təhvil veriləcək ermənilərdən 4 nəfəri yaralıdır. Onlara lazımi tibbi yardım göstərilib.

Yaxın vaxtlarda hərbçilərin Ermənistan tərəfinə təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bir neçə dəfə saxlanılan erməni hərbçilərini geri qaytarıb. Sonuncu belə hal bu ilin sentyabrın 8-də baş verib. Belə ki, Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Bundan başqa, Ermənistanın son təxribatından sonra isə ümumilikdə 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol