Noyabrın 12-də Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib. Bunu “Media forum” saytına Mərkəzi Seçki Komissiyasının sözçüsü Azər Sarıyev deyib.
Əli Əhmədov Milli Məclisə 19 saylı Nərimanov dairəsindən deputat seçilib.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.
Əli Əhmədov 1953-cü ildə anadan olub. 1975-ci ildə Moskva Tarix İnstitutunu bitirib. Fəlsəfə elmləri namizədidir. Bakı Dövlət Universitetində müəllim və kafedra müdiri olub, Prezidentin İcra Aparatında şöbə müdirinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.


Şərhlər