Menu

Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər ölüb, - Onlarla yaralı var

09.10.2022, 09:40
Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər ölüb, - Onlarla yaralı var

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb. “Report”un məlumatına görə, bu barədə “RBK-Ukraina” Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər yayıb.

Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.

"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur", - Kurtev qeyd edib.

O, sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.

Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol