Menu

“Ukrayna Krımının işğal hakimiyyəti yarımadadan təxliyə planı hazırlayır” - Baş Qərargah

12.10.2022, 10:04
“Ukrayna Krımının işğal hakimiyyəti yarımadadan təxliyə planı hazırlayır” - Baş Qərargah

Krım körpüsü ilə bağlı insidentdən sonra, yarımadakı işğalçılar qaçmağa hazırlığa başlayıblar.

Ukrayna Krımının müvəqqəti ilğal olunmuş ərazisində situasiyanın «mürəkkəbləşməsi» təqdirində Rusiya hakimiyyətinin ailələrinin - ərazidə xidmət keçən güc strukturları nümayəndələrinin təxliyyəsi üzrə planı var.

Bu barədə USQ Baş Qərargahının oktyabrın 11-ə (2022) olan səhər hesabatında deyilir («UNİAN»).

Eləcə də Baş Qərargahın məlumatına görə, Xersonun müvəqqəti işğal olunmuş ərazisindəki ali məktəblərin işğal hakimiyyəti ilə əməkdaşlıq edən müəllimlərinə işğalçılar Krım ərazisinə köçməyi tövsiyə edirlər.

Xəbər verildiyi kimi, oktyabrın 8-də səhər tezdən şəbəkədə informasiya yayılıb ki, Krım körpüsünün dəmir yol xəttində güclü yanğın baş verib. Nəticədə körpü üzərində hər iki istiqamətə hərəkət dayanıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol