Menu

Avropa İttifaqı Türkiyə üçün yardım paketi hazırlayıb

12.11.2014, 11:21
Avropa İttifaqı Türkiyə üçün yardım paketi hazırlayıb

Avropa İttifaqı (Aİ) Türkiyədəki 1.5 milyondan çox suriyalı qaçqın üçün yardım paketi hazırlayıb.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə ittifaqın Xarici işlər üzrə ali komissarı Federika Mogerininin Türkiyə üzrə məsləhətçisi Giles Portman məlumat verib.

Türkiyə-Aİ Qarışıq Parlament Komissiyasında çıxış edən G.Portman yardım paketini Türkiyə rəsmilərinə təqdim etdiklərini bildirib: "Aİ Türkiyədəki suriyalı qaçqınlar üçün nəzərdə tutulmuş yardım paketi hazırlayıb və fikrini öyrənmək üçün onu Ankara hökumətinə təqdim edib. Paketin təsdiqlənməsi və tətbiq edilməsi üçün Türkiyə tərəfinin cavabını gözləyirik. Bu paketlə Türkiyə ərazisindəki düşərgələrdə və müxtəlif şəhərlərdə yaşayan suriyalı qaçqınlara təhsil və səhiyyə xidmətləri göstərilə bilər."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol