Menu

Türkiyədə mədən partlayışı - Ölənlər var + VİDEO (YENİLƏNİB)

14.10.2022, 23:47
Türkiyədə mədən partlayışı - Ölənlər var  + VİDEO (YENİLƏNİB)

Bartındakı mədəndə baş vermiş partlayış nəticəsində ən azı iki nəfər ölüb, 20 nəfər yaralanıb. Bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

İlkin məlumatlara görə, partlayış təxminən 300 metr dərinlikdə baş verib.

Amasra şəhərinin meri Recai Çakırın sözlərinə görə, mədəndə metan partlayışı olduğuna dair şübhələr var.

***

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

APA-nın NTV-yə istinadla xəbərinə görə, hadisə yerinə xilasedicilər cəlb edilib.

Partlayışın səbəbi hələ ki, məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol