Menu

Mingəçevir Mərkəzi Kitabxanasının iki filial müdirini avtomobil vuraraq öldürüb

16.10.2022, 00:11
Mingəçevir Mərkəzi Kitabxanasının iki filial müdirini avtomobil vuraraq öldürüb

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

APA xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

APA-nın əldə etdiyi xəbərə görə, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

Şərhlər

Müəllim 2022-10-16 11:26:20

Allah rəhmət eləsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol