Menu

Rusiyanın "Saxalin-1" layihəsində neft hasilatı tam dayandı - İtkilər milyardlarla ölçülür

17.10.2022, 14:41
Rusiyanın "Saxalin-1" layihəsində neft hasilatı tam dayandı - İtkilər milyardlarla ölçülür

Rusiyanın "Saxalin-1" layihəsində neft hasilatı dayandırılıb.

"AzPolitika.info" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, buna səbəb layihənin operatoru, ABŞ-ın " Exxon Mobil" şirkətinin "Sovcomflot" tankerlərinə xammalı göndərməkdən imtina etməsidir. Qeyd olunur ki, Qərb şirkətləri sözügedən daşıyıcı şirkəti Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə sığortalamaqdan imtina edib.

Ukraynada müharibə başlayandan sonra "Saxalin-1"dən çəkilməyə qərar verən Amerika şirkəti aprel ayında layihə çərçivəsində neft hasilatını tamamilə dayandırdığını elan etmişdi. Həmin ərəfədə məlum olub ki, operator şirkət Beynəlxalq Qarşılıqlı Sığorta Klubları Qrupundan sığortanı itirmiş "Sovcomflot" tankerlərinə neft göndərməkdən imtina edib. Daha sonra "Sovcomflot" Rusiyanın “İnqosstrax” şirkətindən sığorta alıb, lakin "Exxon Mobil" yalnız risklərin ən geniş spektrini əhatə edən beynəlxalq qrupdan sığorta olduqda daşımaları bərpa etməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda, “Sovcomflot”un da əsas daşıyıcısı olduğu digər neft-qaz layihəsi olan “Saxalin-2” də sanksiyaların elan edilməsindən sonra hasilatı və daşımaları azaldıb.

Sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putin Rusiya şirkətlərində “dost olmayan” ölkələrdən olan əcnəbilərin səhmləri ilə əməliyyatların aparılmasını qadağan edən fərman imzalayıb. Fərmanın dərcindən bir müddət əvvəl Amerikanın "Exxon Mobil" neft-qaz korporasiyası “Saxalin-1” layihəsi üzrə əməliyyatların başqa tərəfə ötürülməsi üzərində işlədiyini açıqlayıb.

Layihə operatoru aprelin 26-dan hasilatı mərhələli şəkildə dayandırdığını elan etdikdən sonra mayın 15-dən etibarən "Saxalin-1"də neft hasilatı praktiki olaraq dayandırılıb. İstehsalın dayandırılmasından itkilər ayda 2 milyard rubl təşkil etdi.

Hasilatın pay bölgüsü sazişinə əsasən ABŞ şirkəti "Saxalin-1" səhmlərinin 30 faizinə sahibdir. Daha 30 faiz aktivlər Yaponiyanın "Sodeco" şirkətinə, "Rosneft" və Hindistanın ONGC şirkətləri isə hər biri 20 faiz paya sahibdirlər.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol