Menu

İranın hərbi təlimləri zamanı qəza baş verib - İki nəfər həlak olub + FOTO

19.10.2022, 18:32
İranın hərbi təlimləri zamanı qəza baş verib - İki nəfər həlak olub  + FOTO

İranın Azərbaycan sərhədinə hərbi texnika daşıyan avtomobili qəzaya uğrayıb.

“AzPolitika.info” “Azad İran” “telegram” kanalına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın, yük maşınını yoldan çıxardığı üçün qəza baş verib. Qəza nəticəsində iki nəfərin həlak olduğu bildirilir.

Qeyd olunur ki, Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada bu faktı təsdiqləyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol