Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və partiyanın İstanbul millət vəkili Şamil Ayrımın xəsarət aldıqları avtomobil qəzası Zəngilandan geri qayıdarkən baş verib.
Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çəlik bəyan edib.
O, zərərçəkənlərin səhhətilə bağlı ciddi bir narahatlığın olmadığını bildirib.
"Hörmətli Yıldırım və deputatımızın səhhəti yaxşıdır. Həkimlər bildirib ki, həyatları üçün təhlükə yoxdur. Ehtiyat tədbiri olaraq bir müddət Azərbaycanda qalacağıq. Türkiyədən təcili yardım təyyarəsi yola düşüb. Bir neçə saat sonra burada olacaq", - Ömər Çelik deyib.,
O, vurğulayıb ki, Yıldırım və Ayrım sağalanadək onlarla birlikdə Bakıda qalacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında Azərbaycanda yol qəzasında xəsarət alan AKP üzvləri ilə bağlı paylaşım edib.
O, partiyadaşlarına xoş arzularını çatdırıb.
“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirən AKP sədrinin müavini Binəli Yıldırıma, millət vəkilimiz Şamil Ayrıma və polis rəisimiz Oğuzhan Dəmirciyə ən xoş arzularımı çatdırıram. Şükür ki, yaxşıdırlar. Allah sizi qorusun”, - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yıldırımın olduğu avtomobilin ön təkərinin partlaması nəticəsində qəza baş verib.
Maşında olan Binəli Yıldırım və Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanaya çatdırılıblar.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "tvitter" hesabından məlumat paylaşıb.
"Azərbaycana səfər edən cənab Binəli Yıldırım, mühafizəsi və millət vəkilimiz Şamil Ayrımla birlikdə avtomobil qəzasına uğrayıblar. Onunla danışdım. Hər üçünün səhhətinin yaxşı olduğunu, yüngül xəsarətlər aldıqlarını öyrəndim. Təkrar keçmiş olsun diləklərimi çatdırıram",- nazir bildirib.
Qeyd edək ki, AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.
Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün səhhəti yaxşıdır.
"AzPolitika.info"



Şərhlər
Allah özü kömek olsun qardaşlarımıza tez sağalsınlar İnşaallah.Gözel İnsanlardır her ikisi.