Menu

ERMƏNİLƏR YENİDƏN TƏXRİBATLARA BAŞLADI - Ordumuzun təminat daşıyan texnikası atəşə tutuldu + FOTO

21.10.2022, 11:13
ERMƏNİLƏR YENİDƏN TƏXRİBATLARA BAŞLADI - Ordumuzun təminat daşıyan texnikası atəşə tutuldu + FOTO

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd "KamAZ" markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Şərhlər

dadaşyev 2022-10-21 14:15:44

Buyurun baxın.Biz isə Laçın dəhlizini hələ də açıq saxlamışıq ki,guya ilin sonuna qədər bizimlə sülh müqaviləsi bağlayacaqlar.Mümkün olan şey deyil.Erməni hara,sülh hara?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol