Menu

Partiya sədri “Bandotdel”ə çağırılıb

22.10.2022, 00:00
Partiya sədri “Bandotdel”ə çağırılıb

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) dəvət edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb. Məlumatda A.Əsədlinin polisə çağırılmasına səbəb kimi "təşkil edilən şikayət" göstərilib.

Məlumatda bildirilir: "... təşkil olunmuş şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər.

AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq".

“Təşkil edilən şikayətin” mahiyyəti barədə məlumat verilmir. DİN hələ ki, partiya sədrinin polisə çağırılması barədə açıqlama verməyib.

“AzPolitika.info”

Şərhlər

Kamil 2022-10-22 10:25:35

Beəl' partiya var? onun səsini eşidən olubmu?

Cəmşid Dərələyəzli 2022-10-22 09:20:35

Ölkəmizin bu həssas dönəmində Azərbaycan Polisinim ayıq və sayıqlığını alqışlayırıq. Bu gün adlarından və qoltuqlarındakı qovluqdan başqa arxalarında heç kim olmayan bu təkadamcıq "Parti" sədrlərinn amacları, yoxdan var olub kəndilərini gündəmə gətirmək və bir də Azərbaycanın düşməni olan bəzi Batı ölkələrinə mesaj göndərməkdir.

dadaşyev 2022-10-22 04:51:09

Təşkil olunmuş şikayət?!Yəni özləri özlərindən şikayət ediblər ki,bunlarla maraqlansınlar,adları gündəmə gəlsin?!Yoxsa başqaları şikayət təşkil ediblər bunlar haqqında ki,ölçü götürsünlər?Ya da özləri başqalarına deyib ki,bizdən şikayət təşkil edin ki bizi tutub çəksinlər ora-bura.Ya da başqaları bunlara deyib ki,özünüzdən şikayət yazın,deyin ki biz təşkil etmişik,bizdən soruşulanda deyərik xəbərimiz yoxdu vallah,özləri təşkil etmiş olublar hər halda.Siz də deyərsiniz ki,gözünün içinəcən yalan deyir,siz demədinizmi şikayət təşkil edin atın üstümüzə,guya biz yazmışıq,yəni siz?Beləcə məsələ böyüyər,məlum olar ki,Azərbaycanda AY deyə bir partiya da varmış,pəri kimi cin kimi camaatdan qaçarmış.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol