“AZƏRBAYCANIN İRANA TƏSİRİ MİLYONLARLADIR...” - “Hazırda Tehranın Azərbaycana düşmən münasibətinin üç yeni səbəbi də var...”
Oqtay Qasımov: “İran Azərbaycana qarşı hər hansı təhdid yaradarsa, qarşısında Türkiyəni görəcək”
“Baş verən hadisələrdə yeganə müsbət hal odur ki, İranın iç üzü tam şəkildə Azərbaycan cəmiyyətinə aydın oldu”
“ABŞ və Fransa İranın Ermənistanda fəallaşmasına, Qafanda konsulluq açmasına və İrəvana hərbi dronlar satılması planlarına reaksiya vermirlərsə, deməli, proseslər həm də o qüvvələrin dəstəyi ilə baş verir”
Son iki ildə, xüsusilə də Azərbaycanın 44 günlük savaşdakı qələbəsindən sonra Tehranla Bakı arasında münasibətlərin hamar olmadığı, İranın Zəngəzur dəhlizinə qarşı çıxması, açıq şəkildə Ermənistanı dəstəkləməsi, Azərbaycana qarşı təhdid dili ilə danışması sirr deyil. Son günlər isə İran hətta Araz boyu və Xudafərin körpüsü ətrafında hərbi təlimlər keçirməklə ölkəmizi açıq təhdid edir. Tehranın belə aqressivləşməsinin səbəbləri Azərbaycanda heç kimə sirr deyil. İranın anti-Azərbaycan fəaliyyəti və Ermənistanı açıq dəstəkləməsi 1991-ci ildən müşahidə edilən prosesdir. Amma budəfəki gərginlik fonunda Azərbaycanın İranla onun anlayacağı dildə danışmaq, ona öz yerini göstərmək xəttini seçdiyi də açıq görünür. Odur ki, bu gərginliyin hansı həddə qədər davam edəcəyini proqnoz etmək çətindir.
“AzPolitika.info” bu mövzunu politoloq Oqtay Qasımovla müzakirə edib:
- Oqtay bəy, hazırda İranla Azərbaycan arasında gərginliyin demək olar, pik mərhələsi yaşanır. Sirr deyil ki, mərhum Prezident Əbülfəz Elçibəy iqtidarı dövründə Tehranla Bakı arasında daha böyük gərginlik olub. Sabiq prezidentin köməkçisi olaraq bir zamanlar bu gərginliyin mərkəzində olmuş biri kimi hazırda yaşananları necə qiymətləndirirsiniz?
- İran-Azərbaycan münasibətləri ölkəmizdə kimin hakimiyyətdə olmasından asılı olan məsələ deyil. Ümumən İran Azərbaycan dövlətinin mövcudluğunda maraqlı deyil, olmayıb və gələcəkdə də olmayacaq. Bu münasibət 1918-ci ildə də, indi də dəyişməz olaraq qalır. İranın ali hərbi məktəblərində, o cümlədən bir çox universitet dərsliklərində Azərbaycanla bağlı hissədə qeyd olunur ki, belə bir dövlətin mövcudluğu İran dövlətinə təhdiddir. Bunun da bir neçə səbəbi var. Bunlardan ən əsası odur ki, İranda yaşayan 40 milyona yaxın soydaşımızın elementar hüquqları təmin olunmur, ana dilində təhsil almaq, öz dilində mətbuat yaratmaq hüquqları yoxdur. O baxımdan İranın Azərbaycana münasibəti Cumhuriyyət dövründən başlayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da dəyişməyib və onun dəyişməsi ehtimalı da yoxdur.
İran məktəblərindəki tarix dərslərində “Şahnamə”dəki mif və əsatirlərə əsaslanan yalançı İran-Turan savaşı, “Cəngi farsi Turan” başlığı ilə türk düşmənçiliyi hələ də tədris edilməkdədir. Təsadüfi deyil ki, İran Azərbaycan müstəqilliyini elan etdikdən yalnız 70 gün sonra - dekabrın 26-da bizim müstəqilliyimizi tanıyıb. Ondan sonrakı dövrdə İran Azərbaycanda öz təsirini artırmaq üçün burada casus şəbəkələri formalaşdırıb, onların vasitəsi ilə Azərbaycan dövlətini təsir altına almağa çalışıb. Bu da əsasən 1990-cı ilin ortalarında ölkəmizdə vəziyyət çətinləşdiyi, savaşın getdiyi, 1 milyona yaxın qaçqınımız olduğu dövrdə daha da güclənib. İran humanitar yardım adı ilə bura emissarlar göndərib, eləcə də Azərbaycan gənclərini Qumda dini təhsil almağa aparıb. Təəssüflər olsun ki, İran onların bir qismini xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edərək, özünün agentura şəbəkəsini yaradıb. Azərbaycan dövləti gücləndikcə bu cür məsələlərə öz reaksiyasını ortaya qoyub.
Mən çox yaxşı xatırlayıram, Əbülfəz Elçibəyin dövründə, 1993-cü ilin qışında aparılan əməliyyat nəticəsində İranın böyük agentura şəbəkəsi həbs olundu. İctimaiyyətə açıqlanmasa da, o dövrdə İranla Azərbaycan arasında gərginliyin bir səbəbi də bununla bağlı idi. Ondan sonrakı dövrdə mərhum Heydər Əliyevin İran rəhbərlərinə cavabı və Xəzər dənizinin Mazandaran gölü adlandırılmasına reaksiyası yadımızdadır. İranın 2001-ci ildə Azərbaycan dövlət sərhədlərini təyyarələrlə pozmasını və Xəzərdəki sektorumuza müdaxilə etdiyini də yaxşı xatırlayırıq. İranın Ermənistan-Azərbaycan müharibəsindəki rolu, Şuşanın işğalındakı fəailiyyəti, Ermənistana verdiyi hərbi-siyasi, sosial-iqtisadi dəstək də gözümüz önündə olub. Təsadüfi deyil ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan və digərləri İranı Ermənistan üçün nəfəslik adlandırırdı. Tehranın bu siyasəti indiyə qədər dəyişməyib.
Biz İranın Qarabağ ərazisində ermənilərin törətdiyi vandalizmə şərik olduğunu, hansı şirkətlərinin işğal altında olan ərazilərimizin tikinti materiallarının sökülüb talanmasında iştirak etdiyini bilirik. Şuşadakı Gövhərağa məscidi və İrəvandakı Azərbaycan məscidini fars abidəsi kimi təmir etməsini və Ermənistanın cinayətlərini ört-basdır etməsini də görmüşük. Eləcə də 44 günlük savaşın ilk günlərində İran Xarici İşlər Nazirliyinin səsləndirdiyi bəyanatla da tanışıq. Həmin bəyanatda Azərbaycan və Ermənistan arasında bərabərlik qoyulmuşdu. Bundan başqa, Azərbaycan Ordusunun Zəngilan istiqamətində həyata keçirdiyi əks-hücum zamanı İran ordusunun qarşımızda dayanaraq əməliyyatı bir sutka ləngitməsini, ordumuzun radioelektron siqnallarını pozmaq üçün müdaxilə cəhdlərini, ordumuzun koordinatlarının Ermənistan tərəfə ötürməsini və bütün bunların əlavə itkilərə səbəb olduğunu da yaxşı xatırlayırıq. Bundan başqa, işğal dövründə təmas xəttində Ermənistan tərəfindən müdafiə səngərləri, tunel və bunkerlərin tikilməsində İranın iştirakını da bilirik.
Azərbaycana münasibəti dəyişməyən İran 44 günlük savaşdan sonra Azərbaycan ərazilərinin işğaldan azad edilməsini “islam torpaqlarının azad edilməsi” kimi təqdim etməyə başladı. Bu açıqlamaları savaşın taleyinin həll olunduğu zaman - Hadrut, Zəngilan, Cəbrayıl və digər ərazilərimiz azad olunduqdan, iki gün ərzində 132 kilometrlik İranla sərhədimiz nəzarət altına alınandan sonra verməyə başladılar.
Savaş bitəndən sonra bölgədə sülh və əməkdaşlıq mühitinin yaranması üçün Bakıda keçirilən Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri tərəfindən Güney Qafqazda 3+3 formatında əməkdaşlıq platforması təklif edildi və həmin ilin dekabrında Moskvada bu formatda ilk görüş keçirilərək, bu təklif ətrafında müzakirələr aparıldı. Lakin bundan sonra da İran öz iddialarından əl çəkmədi, Azərbaycana qarşı təxribatları davam etdirdi. Bunu keçən il tam çılpaqlığı ilə gördük. İran Xankəndindəki separatçı quruma yanacaqla dolu yük maşını karvanları, digər məhsullar göndərirdi. Savaş zamanı İran ərazisindən Ermənistana hərbi yüklərin daşındığı həqiqəti də ortada idi. Bütün bu pisliklər öz yerində, amma hazırda İranın Azərbaycana belə düşmən münasibətinin üç yeni səbəbi də var ki, bunları da nəzərə almalıyıq.
- Hansı səbəbləri nəzərdə tutursunuz?
- Birincisi, 132 kilometrlik Azərbaycan sərhədlərini tam nəzarətə götürməyimizdən sonra, vaxtilə işğal edilən ərazilərdən sanksiyalardan yayınmaq üçün “boz zona” kimi istifadə edərək, oradan qaçaqmalçılıq yolu ilə narkotik və nüvə tullantıları daxil bir çox malların daşınması imkanı İranın əlindən çıxdı. Orada narkotik ticarəti ilə məşğul olub külli miqdarda gəlir əldə edərək həm Azərbaycanda, həm də Yaxın Şərqdə öz agentura şəbəkəsini dəstəkləyirdi. İndi bu imkanlar əldən çıxıb. Buna görə İran qəzəblidir.
İkincisi, Azərbaycanın işğal altındakı ərazilərini azad etməklə Güney Qafqazda yeni reallıq yaratmasıdır. Çünki Qarabağ məsələsi Azərbaycanın inkişafının qarşısını alan ən böyük problem və İranın təzyiq imkanlarından biri idi. Ancaq Azərbaycan bu buxovları qırıb ataraq yeni reallıqlar yaratdı.
Üçüncüsü, Azərbaycanın geostrateji əhəmiyyətinin artmasıdır. Azərbaycan Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsidir. Pekini Londonla bağlayan Şərq-Qərb dəhlizinin orta xətti də Azərbaycan üzərindən keçir. O cümlədən Zəngəzur dəhlizi də buna daxildir. İran isə bunu qəbul etmək istəmir. İstəyir ki, Ermənistanla Azərbaycan arasında münaqişə, gərginlik davam etsin və Tehran bundan faydalansın. Çünki bu halda böyük maliyyə vəsaiti gətirəcək daşınmalar İran üzərindən həyata keçiriləcək. Bu da öz növbəsində Azərbaycanın ayaqlarına buxov vurulması deməkdir ki, İran bu prosesdə fəal iştirak edir.
- Sizcə, İran Araz çayı boyunca hərbi təlimlər keçirməklə hansı mesjları verir?
- Bəli, Araz boyu təlimlər keçirir, guya körpü yaradaraq çayı keçir, yüksəkliklər götürürlər və s. Sual edilir: İran son 30 ildə ərazilərimiz işğal ediləndə və 132 kilometrlik sərhəd bizim nəzarətimizdən kənarda olanda nədən bunu “qırmızı xətt” elan etmirdi? Sərt yox, nədən heç olmasa yumşaq diplomatik səslə Ermənistana etirazını bildirmirdi? Sözsüz ki, bildirməzdi, çünki özü bu işğalı dəstəkləyirdi və onun maraqlarına zəif Azərbaycan uyğun gəlirdi. İranın son ilyarımda keçmiş dövlət adamları və diplomatlarının dili ilə ölkəmizə təhdidlərini, buranın guya “Şimali İran” olmasına dair cəfəngiyyatlarını eşidirik.
Bu təlimlər kimisə qorxuda, çəkindirə bilməz. Guya bizə təzyiq etmək istəyirlər. Tehran anlamalıdır ki, bu təhdidlər keçməyəcək. Azərbaycan nə 30 il əvvəlki, nə də 5 il əvvəlki dövlətdir. Azərbaycan iki il əvvəl böyük hərbi qələbə qazanan, müasir və güclü ordusu olan bir dövlətdir. Eyni zamanda, Azərbaycan Şuşa Bəyannaməsinin timsalında Türkiyə ilə müttəfiqlik quran dövlətdir. Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinin yanındadır. Azərbaycana İran tərəfindən hər hansı bir təhdid yaranarsa, qarşısında Türkiyəni görəcək. Həmçinin, Pakistanı da görəcək. Odur ki, bu təhdidlər işə yaramayacaq.
Xatırladım ki, bir il əvvəl ölkə prezidenti Xudafərin körpüsünün yanından verdiyi mesajda bildirdi ki, Azərbaycana qarşı heç bir şantaj qəbul olunmayacaq, ölkəmizə qarşı təxribatlara adekvat cavablar veriləcək. İran bölgədə sabitlik, Azərbaycanla normal əlaqələr istəyirsə, yaxşı düşünməlidir. Amma biz görürük ki, Tehran Ermənistan-İran-Hindistan platforması qurmağa çalışır, guya Hörmüz körfəzilə Qara dənizi əlaqələndirmək haqda danışır. Özünü doğrultmayacaq bu layihə haqda fikirləri 25 ildir eşidirik. Əvvəlla, Ermənistan ərazisindən keçən həmin yollar mürəkkəb relyefə və sərt iqlimə malik dağlıq ərazidən keçməlidir. O ərazidən yüksək keyfiyyətli nəqliyyat dəhlizi yaratmaq, böyük həcmdə yüklər daşımaq mümkün deyil. Digər tərəfdən bu kommunikasiya xəttini yaratmaq üçün İranın və Ermənistanın yetərli maliyyə vəsaitləri də yoxdur. Və nəhayət anlamaq lazımdır ki, Ermənistan Qara dənizə sahil dövlət deyil. Bu xətt sonda Gürcüstan üzərindən keçməlidir və həmin sərt dağlıq ərazilərdə yol infrastrukturu qurulmalıdır. Qısası, bu ideya utopiyadır.
İran və Ermənistan Avropaya çıxmaq istəyirsə, bunun ən münasib variantı Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurmaqdan keçir. Çünki bu halda Azərbaycan ərazisində olan müasir infrastruktur imkanlarından istifadə edərək Türkiyə üzərindən Qara dənizə çıxa bilərlər. Amma təəssüf ki, İran tamam başqa yol seçib, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına qarşı çıxır. Belə təəssürat yaranır ki, sanki Tehran münaqişədə olduğu ABŞ və Fransa ilə bərabər Rusiyanın tapşırıqlarını yerinə yetirir.
Qafan şəhərində konsulluğun açılmasına gəldikdə, bunu çox da ciddi və nəticəli bir hadisə saymazdım. Əlbəttə, İran orada özünün casus şəbəkəsini qurmağa və guya Ermənistana dəstək verməyə çalışacaq. Amma İran anlamalıdır ki, beynəlxalq öhdəliklər var, Ermənistan bu öhdəliklərdən qaça bilməz və Zəngəzur dəhlizi açılmalıdır. Bunun qarşısını almağa nə İranın, nə də Ermənistanın digər havadarlarının imkanı yetməyəcək. Son baş verən hadisələrdə yeganə müsbət hal odur ki, İranın iç üzü tam şəkildə Azərbaycan cəmiyyətinə aydın oldu. Bu günə qədər İrana müəyyən qədər müsbət münasibəti olan insanlarımızda da ciddi suallar yaranıb və münasibət dəyişir. İran bunu da anlamalıdır ki, burada yaratdığı 3-5 casus şəbəkəsi vasitəsilə Azərbaycan dövlətinə təzyiq edə bilməz.
- Yeri gəlmişkən, bizim İrana təzyiq resursumuzla, İranın bizə təzyiq rıçaqları nə dərəcədə bir-birinə uyğundur?
- İranın Azərbaycan ərazisindəki casus şəbəkəsinin heyəti maksimum minlərlə ölçülə bilər, amma Azərbaycanın İrana təsiri milyonlarladır. Sözgəlişi deyim ki, Azərbaycan Prezidentinin ötən gün Türk Dövlətlər Təşkilatının Baş katibini qəbul edərkən səsləndirdiyi fikirləri vaxtında verilən bəyanat kimi qiymətləndirirəm. Bu, ürəyimizdən gələn fikirlər olmaqla paralel, İrana ciddi mesajdır. İrana xatırlatma edilir ki, Azərbaycanla bağlı aqresiv davranışlarına son qoyub normal qonşuluq münasibətlərinə qayıtsın. Əgər keçirdiyi son təlimlərlə İran düşünürsə ki, Azərbaycanı qorxuda biləcək, tamamilə səhv edir. İran keçən ilki təlimlər zamanı boz qurd işarəsi göstərən əsgərlərini xatırlayıb bilməlidir ki, belə addım atacağı zaman o əsgərlərin silahları özünə qarşı çevriləcək.
Eyni zamanda düşünürəm ki, artıq zamanı gəlib, İsraildə səfirıliyimizi açmalı və Təl-Əvivlə münasibətlərimizi daha da gücləndirməliyik. Həmçinin, Türkiyə və Pakistanla münasibətləri üst səviyyədə inkişaf etdirməliyik. Həm də cəmiyyət və dövlət olaraq bundan sonrakı təhdidlərə və İranın, Fransanın, ABŞ-ın, Hindistanın, Ukraynada başı qarışmış Rusiyanın dəstəklədiyi Ermənistanın təxribatlarına hazır olmalıyıq. Çünki yaxın gələcəkdə təxribatların olması gözləniləndir.
- Bundan əvvəl Azərbaycan Zəngilanda hava limanı tikərkən Tehran etiraz və iddia edirdi ki, İsrailin burada hansısa fəaliyyəti var. Amma bütün etirazlara baxmayaraq, hava limanı tikildi və açılış mərasimi də oldu. Bundan sonra İran-Azərbaycan münasibətlərindəki gərginliyin necə inkişaf edəcəyini proqnozlaşdırmaq olar?
- Mən düşünmürəm ki, münasibətlər daha gərgin fazaya keçid edə bilər. Biz İranın belə davranışlarına öyrənmişik. İran diplomtiyası və siyasəti yalanlar üzərində qurulub, deyilənlərlə əməllər arasında böyük fərqlər var və biz bunu hər gün müşahidə edirik. Bu gərginliyin də bir nöqtəyə qədər davam edəcəyini və sonra sakitliyin yaranacağını gözləyirəm. Azərbaycan bu günə qədər İranın kapriz və şıltaqlıqlarına səbrlə yanaşıb, Tehranla xoş münasibətlərin olmasının tərəfdarı kimi çıxış edib. Keçən ilki gərginlikdən sonra Azərbaycan və İran prezidentlərinin Aşqabadda görüşü oldu, bundan sonra münasibətlər normallaşdı. Hətta bu ilin martında İranla Zəngəzur dəhlizinə paralel ikinci dəhlizin açılmasına dair memorandum imzaladıq. Lakin bilməliyik ki, İran da imzasına hörmət etməyən dövlətlərdəndir. Bir müddətdən sonra münasibətlərdə səngimə olacaq, İrandan “qardaşlıq”, “dindaşlıq” bəyanatları eşidəcəyik. Amma biz cəmiyyət olaraq İranın “şirin və yağlı” dillərinə aldanmayacağıq. İranın mövqeyini işğal dövrü, 44 günlük savaş zamanı və sonrasında görmüşük.
- Bundan əvvəlki gərginlik zamanı İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər etdi. Lakin Azərbaycana qarşı Rusiyadan dəstək ala bilmədi. Bundan sonra Tehran tədricən “sakitləşməyə” başladı. Nədənsə indiki gərginliyə Moskvanın mövqeyi ifadə edilmir. Sizcə, bu dəfəki prosesə Rusiyanın münasibəti necədir?
- Bəli, ötən dəfəki gərginlik zamanı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov Abdullahianla görüşərkən bildirdi ki, regionda 3+3 formatında əməkdaşlıq imkanı açılıb və sərhədlərdə təlim keçirməyə ehtiyac yoxdur.
İndiki vəziyyətə gəldikdə isə deyim ki, Rusiya normalda Cənubi Qafqazda başqa ölkələrin belə davranışlarına dözməz, onun qarşısını almağa çalışardı. Amma indi görürük ki, Ermənistan üzərindən müəyyən oyunlar gedir və Rusiyanın Ukrayna savaşında zəif düşməsindən istifadə edən qüvvələr - ABŞ, Fransa və İran bölgədə Ermənistanla fəal əlaqələr qurur, Hindistan Ermənistanı silahlandırmağa çalışır. Hazırda Rusiyanın İranla sərtliyə gedəcəyini düşünmürəm. Ola bilsin ki, Rusiya və İran arasında müəyyən anlaşma da ola bilər. Rusiyanın İran vasitəsilə Türkiyəni Güney Qafqaz və Yaxın Şərqdə sıxışdırma niyyətində ola bilmə ehtimalı da var. Digər tərəfdən, Rusiya güclənməkdə olan Azərbaycanla müttəfiqi Türkiyə arasında əməkdaşlığın dərinləşməsindən narahatdır və mümkündür ki, İran vasitəsilə buna mane olmaq istəyir. Həm də indi Rusiyanın İrandan müəyyən asılılığı var, xüsusilə Ukrayna savaşı fonunda istifadə etdiyi PUA-lar mövzusunda. Son dövrlər hətta İran raketlərinin Rusiyaya veriləcəyi haqda məlumatlar yayılır. Rusiya bu baxımdan Tehranla açıq müstəvidə qarşıdurmaya getməz. Əksinə, mümkündür ki, İran Azərbaycan-Ermənistan mövzusunda Rusiyanın razılığı ilə bu cür mənfi rol oynayır.
Eləcə də İranın Azərbaycan və Türkiyəyə qarşı fəaliyyətində ABŞ da maraqlı ola bilər. Diqqət edirsinizsə, İran son zamanlar Ermənistana ayaq açan yüksək çinli ABŞ rəsmilərinin səfərlərinə etiraz etmir, hətta İrəvandan İran əleyhinə səslənən bəyanatlara da reaksiya vermir. Regionda kənar qüvvələrin iştirakını qəbul etməyəcəyini bəyan edən İranın Ermənistan ərazisində yerləşən ATƏT və Avropa İttifaqının missiyasına qarşı səsini çıxarmaması maraq doğurur. Azərbaycanda hansısa camış fermasında iz axtaran İran Ermənistanda NATO-ya bağlı olan Avropa Birliyi missiyasına təmkinlə yanaşır. Eyni zamanda, ABŞ və Fransa İranın Ermənistanda fəallaşmasına, Qafanda konsulluq açmasına və İrəvana hərbi dronlar satılması planları haqda fikirlərə reaksiya vermirlər. Deməli, proseslər həm də o qüvvələrin dəstəyi ilə baş verir. İran da onlardan güc alaraq Azərbaycan və Türkiyənin qarşısında dayanmaq istəyir.
İran Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla əlaqə qurmasını və oradan Türkiyəyə çıxış əldə etməsini, bu dəhliz vasitəsilə Türk Dünyasında münasibətlərin intensivləşməsinin əleyhinə olduğunu heç gizlətmir də. İran tərəfinin rəsmi siyasəti ondan ibarətdir ki, Ermənistandan Türk Dünyasına qarşı platsdarm kimi istifadə etsin. Ancaq İranın buna gücü çatmayacaq. İran bu davranışlarına qarşı adekvat münasibət görür və bundan sonra da görəcək.
Rasim Əliyev
“AzPoplitika.info”
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Yaşasın Azərbaycan Türkiyə qardaşlığı və birliyi! Yaşasın Azərbaycan İsrail dostluğu və əməkdaşlığı!
İran bı gün layiq olduğu gündedir.Fakt ondan ibaretdirdşr ki molla hökumeti İranı en azı 100 geri salıb,dünya durmadan inkişafa doğru gedir bunlar hele şaxsey vaxseyle meşğuldurlar-cehalet içindedir.İranda olsn ağıllı başkar vaxtında ölkenintwrk edibler qalan molla tör töküntüsüdür.Ancaq ölkede narkomanita,fahişelik,alkoqolizm naş alıb gefir.Bir de Şesn cehenneme biz Cenubi Azerbaycan lazımdır onu da alacayıq Allsh qoysa İnşaallah.
Hörmətli Azpolitika, saytlarda bu və ya digər məsələlərlə bağlı yazı yazan özünü politoloq kimi təqdim edir. Anlayıram ki, bu "politiloqlar" gündəmdə olmaq üçün özlərini politiloq kimi təqdim edirlər. Belə çıxır ki, yazılara şərh verən insanlar da politoloqlardır. Vikipediyada politoloqa belə tərif verilir: "Politoloq fundamental təhsilli və ən geniş dünyagörüşünə malik, təkcə öz ölkəsində deyil, siyasi proseslərin müxtəlif aspektlərini dərk edən mütəxəssisdir". Çox xahiş edərdim bu sözün daşıyıcıları kimlər olmasına aydınlıq gətirərdiniz.