Menu

Rusiya telekanallarının təbliğatı əks effekt verdi - VİDEO

27.10.2022, 00:32
Rusiya telekanallarının təbliğatı əks effekt verdi - VİDEO

Rusiya telekanallarındakı qatı ermənipərəst mövqeyi ilə tanınan Dumanın ermənipərəst deputatı Konstantin Zatulini və erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana giriş qadağası ilə bağlı xəbəri rəsmilər artıq təsdiq ediblər.

Maraqlısı budur ki, onların mövqeyində heç bir dəyişiklik yoxdur. Zatulini və Simonyan hər zaman Ermənistanın işğalçı siyasətini dəstəkləyiblər və indi də həmin fikirdədirlər.

İTV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Şərhlər

dadaşyev 2022-10-27 15:13:13

Əks effekt verməyib.Simonyan və Zatulin ermənistandakı Rusiyapərəst Qarabağ klanının ruporudur,o cür də danışmağa təbii ki davam edəcəklər.Paşinyan və çevrəsi isə 44 günlük müharibədə burunları ovulandan sonra Rusiyaya yox,Qərbə üz tutublar,ona görə Rusiyapərəst kim varsa onlara nifrət edirlər və ölkəyə buraxmaq istəmirlər.Ümumiyyətlə,ermənilər ABŞ-da,Fransada olan seçkilərdə də həmişə iki qrupa ayrılırlar,bir qrup bu namizədə,bir qrup o biri namizədə səs verir,nəticədə seçilən prezident kim olursa o yarı hissə ki vardı ona səs verən,bütün ermənilərin onu sevdiyini,onun tərəfində olduğunu bildirirlər.Çox hiyləgərcəsinə düşünülmüş üsuldur yəni.Belə ki nəticədə ABŞ-ın və ya Fransanın prezidenti kim olur olsun,istər demokrat,istər respublikaçı,hesab edir ki,bütün ermənistan onu sevir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol