Müğənni Afət Fərmanqızı barəsində axtarış elan edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət əsassız hesab olunaraq rədd edilib.
Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.
Xalq artisti Flora Kərimovanın vəkili Xavər Həsənova APA-ya məlumatı təsdiq edib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
İş Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatına verilib.
Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.
Xüsusi ittihamçısı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.


Şərhlər
Flora xanım kimi sevimli müğənniyə məhkəmələrdə didişməyi heç yaraşdırmıram.Siz sənətdə möhürünüzü vurdunuz,bitdi.Amma hər aşiqin öz dövranı var.İndi dövran sizdən gənc olanlarındır.Bunu qəbul etmək lazımdır.Afət xanıma tutaq ki qalib gəldiniz,nə dəyişəcək yəni?Sizdən qabaq məşhur bir müğənni qadın vardı,at oynadırdı dodaqlarını büzə-büzə,lovğa-lovğa danışa-danışa,rəhmətə getdi,nə qazandı o,saysız-hesabsız məhkəmələrdən?Ona başucalığı gətirdimi?Sizi də,başqa xanım-xatın qadınlarımızı da məhkəməyə vermişdi,çox sevdiyim Məleykə xanımı da,Nazpəri xanımı da hətta bandotdelə vermişdi,illərlə də uzandı o məhkəmələr.O zaman sizlər nələr çəkirdinizsə əlbəttə,indi də Afət xanım çəkir.Sizə yaraşırmı belə işlər?
Bu afətlərdir nə bilim nə şey-zadlardır bu zir-zibilləri nəinki efirdən, Azərbaycandan rədd edəcəyik .....