Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Şərhlər
İran molla ermeni rejiminin iç üzü:onların dövletinin bşr nömreli işi narkomafiyanın inkişaf etdirilmesidir.Bessalam Budur İran İslam respublikası.
Hamıya bəlli olan narkotik qaçaqmalçılığın təşkilatçılarının və himayəçilərinin qrşısı qətiyyətlə alınmasa bu işin qarşısı kəsilməyəcək.BUnun üçün mötərəm Prezident təcili tədbir görməlidir.Çünki təşkilatçı və himayəçilər yüksək postlardakı şəxslərdir.Bu hamıya bəllidir.Biri sərhəddən buraxır.o biri gözünü yumur,digəri satışını təşkil edir.
İranın iç üzü budur: narkomafiya,narkoticaretin inkişafı, ne din ne Allahın “Quranı” onlar üçün esas deyil,esas dünya malıdır ve bu rejimin gözünü ancaq torpaq örte biler.