Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir.
Bunu Bakupost.az -a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş direktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu deyib.
Xalq yazıçısının jurnalistlə verdiyi cavabın qeyri-etik olduğunu bildirən R.Arifoğlu jurnalistin ünvanladığı sualda heç bir yanlışlıq olmadığını vurğulayıb: “Mən bu nümunədə jurnalistdə heç bir günah, yanlışlıq görmürəm və onun verdiyi sual da etika çərçivəsidə idi. Çingiz Abdullayevin cavabı isə qeyri-etik, təhqiramiz və yanlış idi. Hesab edirəm ki, Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.


Şərhlər
Dözümlü ol bir az
Vallah üzr istəsə nə olacaq,istəməsə nə olacaq?Daha olan olub,keçən keçib.Yeyiblər yeyiblər də 400 min manatı.Nağayraq?Hər idarə,hər təşkilat necə,bunlar da elə.Hər idarə yalnız o idarəyə məxsus ekstravaqant üsulunu tapıb necə xımır-xımır yeyirsə bunlar da elə.Yəhudi qardaşlarımız demiş,"kəmxu kəmxu,həmişə xu".Yəni az olsun,həmişə olsun.Xalqımın toy kimi bir adəti var,məmurların da xəzinə pulunu yemək kimi adəti.Necə ki o qurultaydakıların çoxu sovetdən qalıb,xəzinə pulunu yemək adəti də sovetdən qalıb.Qozbeli qəbir düzəldər.İndi deyəcəklər yeməmişik.Ola bilər.Ammaaa,heç bilmirəm necə deyim.Adam lap utanır ee deməyə.Amma utanmaqdan keçib daha,qoy deyim.Əşi,yemisiniz dəəə.-"Yeməmişik".-Yemisiniz.-"Əşi yeməmişik dəə".-Ağ eləmiyin dəə.Hamısını yox ee,ucunnan-qırağınnan.Nəsə bir şeylər olub yəni.Xımır-xımır.Olmayıb?-"Xeyr,olmayıb".-De sən öl.-"Sən öl,bax bu ölsün yeməmişik".-İnanan daşa dönsün.Yemisiniz.-"Ə dadaşyev,nə axmaq adamsan sən,deyirəm sən öl yeməmişik,utanmırsan ölmürsən?" -Aaaa,mən niyə utanmalıyam ölməliyəm ki?Mən yemişəm bəyəm?- "Bəs biz yemişik?" -Kim yeyib bəs? -"Nə bilim kim yeyib?" -Aaaa,sən də bilmiyəndən sonra kim bilməlidir?Mənəm orda katib?Bunu bilmirsənsə nəyi bilirsən?
Çingiz müəllim üzr istəməlidir!
Rauf bey. Haqli yazin ucun sag ol. Men sade bir vetendasam.Ancaq ;xalq yazicisi adini dasiyan ger duz adamsan hesabat ver. b urda qeyri adi hec ne yoxdur. m utleq uzr istemelidir.