Rusiya Federasiyası (RF) Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov hesab edir ki, Rusiya yaxın vaxtlarda Xersonu itirəcək və bu, Rusiya cəmiyyəti daxilində ağrılı situasiya yaradacaq.
Bu barədə o, «NV» radiosuna bəyan edib («UNİAN»).
«Bu, artıq şübhə doğurmur. Və Surovikinin danışıqlarına görə, onlar da bunu daşa düşürlər», - Ponomaryov qeyd edib.
Onun sözlərinə görə, Sergey Surovikini məxsusi olaraq, necə deyərlər, Ukraynada «xüsusi hərbi əməliyyata» komanda verməyə təyin ediblər ki, Xerson itiriləndən sonra tənqidləri Müdafiə naziri Sergey Şoyqudan sapdırsınlar.
«Hazırda peşəkar general var, amma o, cəmiyyət üçün yenidir, hələ heç nə etməyə vaxt tapmayıb, o, yalnız təyin olunub. Ona görə Xersonun verilməsi - bu, ağrılıdır, amma həm də piar üçün müəyyən oyunlar var. Hamı anlayır ki, müharibədə hər şey pisdir. Onlar indi etdiklərini davam etdirəcəklər: Ukraynanın energetika infrastrukturunu məhv etmək və sıravi ukraynalılar tərəfindən öz hakimiyyətlərinə qarşı təzyiq yaratmaq cəhdləri göstərmək ki, Zelenski Putinlə danışmağa başlasın və barışa cəhd etsin» - Ponomaryov qeyd edib.
AzPolitika.info


Şərhlər