“PUTİNİN VASİTƏÇİLİYİ BİZƏ LAZIM DEYİL...” – “Ermənilər başa düşüb ki, Rusiya Qarabağı ilhaq etmək istəyir”
“Biz Qarabağ probleminin ədalətli həllinə çalışmalıyıq, Putinin reabilitasiyasına yox”
Vladimir Putinin Valday klubundakı son çıxışında faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına alması, ermənilərə Qarbağ mövzusunda tövsiyələr verməsi, eyhamlar vurması, problemin həllinə dair “Vaşinqton variantı”nı hədəfə alması və s. bir daha göstərdi ki, Rusiya Qarabağ mövzusunu birdəfəlik bağlanmasında qətiyyən maraqlı deyil.
“AzPolitik.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.
- Sərdar bəy, Vladimir Putin Valday klubundakı son çıxışı zamanı faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına alan və Ermənistan cəmiyyətini qızışdıran mövqe ortaya qoyub. Bəyan edib ki, “Vaşinqton variantı”nda Qarabağ məsələsinin həlli Azərbaycanın suverenliyi çərçivəsində nəzərdə tutulur, amma ermənilər Qarabağın “xüsusi özəlliyini” əsas götürərək bu xüsusiyyətlərin nəzərə alınması tələbini irəli sürsə, Rusiya bunu müzakirə edə bilər. Sizcə, Putin bununla nə demək istəyir?
- Əvvəla, Putin dedi ki, onlar zamanında İrəvana təklif ediblər ki, beş rayonu Azərbaycana qaytarsınlar və əvəzində keçmiş Dağlıq Qarabağ faktiki olaraq ermənilərə qalsın. Üstəlik, Laçında və Kəlbəcərdə də Azərbaycanın suverenliyi işləməsin. Putin açıq bildirdi ki, ruslar belə bir təklif etsələr də, ermənilər bunu bəyənməyib. Təkcə bu faktın özü onu deməyə imkan verir ki, Qarabağdakı erməni separatizminin arxasında Rusiya dayanır və Rusiyanın Qarabağ məsələsinin həllində, Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya düşməsində qətiyyən marağı yoxdur. Əksinə, Rusiyanın marağı odur ki, Azərbaycandan torpaq qoparsın, burada hərbi mövcudluğu üçün zəmin yaratsın.
Azərbaycan Rusiyanın bu mövzuya dair vasitəçiliyindən imtina etməlidir. İndi məlum olur ki, Rusiya zamanında məlum rayonların Azərbaycana qaytarılmaması məsələsində ermənilərlə həmfikir olub. Sadəcə olaraq, ermənilərin başqa əlavələri də olub və məsələ həll edilməmiş qalıb.
İndi sual vermək lazımdır ki, nəyə görə Ermənistan Azərbaycanın bütün işğal edilmiş rayonlarını qaytarmamalıdır? Açıq görünür ki, Rusiyanın çox çirkin bir oyunu var. Məncə, Azərbaycan rəsmiləri Rusiyanın iştirakı ilə gedən proseslərdə iştirak etməməlidir. Rusiya ümumiyyətlə, bu prosesin həllində maraqlı tərəf deyil, özünün maraqlarını önə çıxarır və Azərbaycan ərazilərinin bir hissəsini qoparmaq istəyir.
Nəhayət, ermənilər başa düşüblər ki, uzun illər onları Azərbaycanla düşmən ediblər və bunun arxasındakı əsas məqsədlərdən biri Qarabağı Rusiyanın özünün işğal və ilhaq etmək istəyidir. Ona görə də bu gün Ermənistanda ruslara nifrət var, hətta Dumanın ermənipərəst deputatlarının, erməni jurnalist Simonyanın Ermənistana girişinə qadağa qoyublar. Bu baxımdan demək olar, Ermənistanın Avropa İttifaqına interqasiyasının qarşısında heç bir maneə qalmır, ermənilər Qarabağ naminə Rusiyanın quyruğunda gedirdilər, amma indi anlayırlar ki, Qarabağı Rusiyanın özü ilhaq və işğal etmək istəyir. Ona görə də Ermənistan çalışacaq ki, ABŞ və Avropa ilə yüksək səviyyədə münasibət qursun.
Məncə, biz Azərbaycan olaraq, bu məsələdə çətin vəziyyətə düşürük.
- Sizcə, rusların Brüssel və ya Vaşinqton səviyyəsində aparılan və müəyyən irəliləyişlərə nail olunan danışıqları pozmaq imkanları nə dərəcədədir?
- Rusiyanın belə bir imkanı yoxdur. Valday klubunda Putinin çıxışına baxanda adama elə gəlir ki, o, özündən əmin, kifayət qədər beynəlxalq nüfuzu olan, hansısa müharibədə qəti qələbə qazanan dövlət başçısı kimi çıxış edir. Əslində isə bunların hamısı blefdir, Putin yaxşı başa düşür ki, Ukrayna siyasətində ciddi şəkildə uduzub və işğal etdiyi ərazilər əsl sahiblərinə qaytarılmayana qədər böyük problemlər olacaq. Odur ki, belə çıxışlar daha çox daxili auditoriyaya hesablanır. Çünki daxildə Putin siyasəti ilə bağlı narazılıqlar var. Daxildə olan narazı qüvvələri sakitləşdirmək və ram etmək məqsədilə belə çıxışlar təşkil edilir. Onun həmin tədbirdə dediklərinin də hamısı özünə aiddir. Xüsusilə ukraynalılarla rusların bir millət olduğu və iki dövlətə ehtiyac olmadığı haqda düşüncələri. Zamanında Adolf Hitler də deyirdi ki, avstriyalılarla almanlar eyni xalqdır, iki dövlət olmasına ehtiyac yoxdur. Bundan sonra Avstriyanı qatdı özünə. Sonra Çexoslovakiyanın təhdid yaratdığını bəyan edərək oranı işğal etdi. İndi də Putin deyir ki, biz eyni millətik, Ukraynanı biz yaratmışıq və sair.
Görünən budur ki, Putin imperiya siyasətindən imtina etməyib və hələ də məlum arqumentlər əsasında başlatdığı müharibəni davam etditrmək siyasəti yürüdür. Bu da dünya üçün böyük təhlükədir.
Bu baş verənlər xüsusilə bizim bölgə üçün də təhlükəlidir. Məncə, Rusiya bizim üçün Qarabağ mövzusunu daha ağır vəziyyətə saldı. Mən hər zaman deyirdim ki, Qarabağ məsələsinin arxasında Rusiya var. Erməniləri və Ermənistanı da Rusiya Qarabağ kartı altında öz ətrafında saxladı. Sonradan ermənilər anladılar ki, ruslar Qarabağı onlara verməyəcək. Odur ki, Rusiyadan üz döndərdilər və hazırda biz bu mərhələni müşahidə edirik. Azərbaycana gəldikdə isə, mən bilmirəm, biz necə mövqe tutacağıq ki, ərazilərimizin Rusiya tərəfindən işğalının qarşısını alaq.
- Belə çxır ki, Putin Qarabağla əlaqəli Qərbdə qurulan və irəliləyən danışıqlar prosesini poza bilər...
- İndiki şərtlərdə yox. Əslində, ABŞ və Avropanın bölgədə atdığı addımlar fundamental əsaslara malik deyil. Onlar daim qərəzli mövqe tutublar, problemin həllinə dair beynəlxalq təcrübəni və hüququ əsas kimi götürməyiblər. Çalışıblar ki, xristian həmrəyliyindən çıxış etsinlər, eləcə də erməni lobbisinin arzularına uyğun davransınlar. Əslində, bu da Avropanın ədalətli olacağına, problemin həllinə nail olunacağına şübhə yaradır. Nə qədər ki, ABŞ bu bölgədə beynəlxalq hüququ, ədaləti müdafiə etmir, dini təəssübkeşliyə əsaslanan, qanunlara zidd fəaliyyət göstərir, deməli, bu platformada da məsələlər həll edilməyəcək.
Baxın, İlham Əliyevin razılığı əsasında Emmanuel Makron gəlib vasitəçi oldu. Sonra da elə bəyanat verdi ki, Errmənistan özü hələ indiyə qədər belə bəyanatla çıxış etməmişdi. Guya biz Qarabağı işğal etmişik, təcavüz etmişik və s. Bu cür mövqedə olan Avropa hansı ədalətli sülh platformasından danışa bilər? Yeri gəlmişkən, bir alman siyasətçi Makrona yazdığı məktubunda qeyd edirdi ki, sən hələ bilmirsən Cənubi Qafqazda hansı torpaq kimindir, tarixi münasibətlər necə formalaşıb və kim kimdir. Yəni, Qərb yenə “xristianlarıı müdafiə edəcəyəm” mövqeyindən çıxış edəcəksə, erməni lobbisinin pulu və öz seçki maraqları xatirinə səfeh bəyanatlar verəcəksə, sözsüz ki, belə münaqişələr tezliklə həll edilməyəcək. İndiki halda Qərbin səhvi odur ki, beynəlxalq hüquqa istinad etmir və ədalətli mövqe tutmur. Əgər tutsaydı, çoxdan Ermənistan və Azərbaycan arasında münaqişə yoluna qoyulmuşdu və bu bölgə də Avropaya inteqrasiya olunurdu. Amma təəssüflər olsun ki, Qərbin özünün elə yanlış addımları, ikili standartları olur ki, biz Azərbaycanda Qərb dəyərlərinin təmsilçiləri olsaq da onun regional siyasətinə ciddi dəstək verə bilmirik. Çünki biz görürük ki, burada xristian təəssübkeşliyi, ikili standartlar var, erməni lobbi qruplarının maraqlarına uyğun addımlar atılır və s.
- Vladimir Putin son çıxışında bir növ topu Ermənistanın və ermənilərin meydanına atdı. Sizcə, bundan sonra erməni tərəfi necə davranacaq?
- Məncə, Ermənistan Putinin atdığı “pas”la hərəkət etmir. Putin sadəcə olaraq bu çıxışı ilə Ermənistanda güclənən anti-Rusiya əhvalını sakitləşdirmək istəyir. Amma xüsusilə, Paşinyanın liderliyi dövründə ermənilər imkanları daxilində müstəqil siyasət aparırlar. Doğrudur, zaman-zaman Rusiyanın da təzyiqləri olur və güclü təzyiqlər qarşısında bəzən geri çəkilməyə məcbur olurlar. Amma əsas məsələ odur ki, ermənilər müstəqil siyasət aparır, Qərbdən ciddi dəstək alırlar və Gürcüstandan sonra onlar da Rusiya təsirindən çıxmağa çalışırlar.
- Oktyabrın 31-də Soçidə Putinin təşəbbüsü ilə növbəti üçtərəfli görüş olacaq. Sizcə, hansı istiqamətdə razılaşmalar əldə oluna bilər?
- Biz üç gün əvvəl Rusiyaya nota vermişik. Həmin dövlətin mərkəzi televiziyalarında və mətbuatında Azərbaycan əleyhinə təbliğat aparılır, fikirlər səsləndirilir, bəyanatlar verilir. Elə Putinin özü deyir ki, biz ermənilərə təklif edirdik ki, beş rayonu qaytarın, qalanları özünüzə saxlayın.
Bu, o deməkdir ki, Rusiya bu məsələdə “ilana zəhər verən kərtənkələ” rolunu oynayıb.
Bütün bunlardan sonra Prezident Əliyev niyə Soçiyə getməlidir? Putin ermənilərə “pas ötürürsə”, ədalətli və bitərəf deyilsə, onun vasitəçilik missiyası nəyimizə lazımdır? Ukraynanı işğal cəhdindən sonra dünyada Rusiyanın təsiri sıfıra enib. Heç kim Rusiya ilə əlaqə yaratmır. Qısası, məlum çıxışından sonra Putindən ədalətli vasitəçi ola bilməz və onun vasitəçiliyi də bizə lazım deyil.
İkincisi, son zamanlar görürsünüz ki, MDB-nin iclasları ard-arda keçirilir. Gah ad günü bəhanəsi, gah Asiyada təhlükəsizlik mövzusu və s. adı altında Putin üzv ölkələrin liderlərini bir yerə toplayır, onlarla şəkil çəkdirir. Məqsədi də itirdiyi legitimliyi guya bərpa etməkdir. Biz Qarabağ probleminin ədalətli həllinə çalışmalıyıq, Putinin reabilitasiyasına yox.
Bu gün Rusiyada əhalinin böyük qismi Putinin siyasətindən narazıdır. Onun Rusiyanın daxilində bu qədər səhv siyasəti olduğu halda, düzgün xarici siyasəti də ola bilməz. Onda biz nəyə görə Putinə dəstək verməliyik və yaxud onun tədbirlərinə qatılmalıyıq? Məgər bilmirik ki, heç vaxt Rusiyanın iştirakı ilə Qarabağ problemi ədalətli şəkildə həll edilə bilməz? Zatən bu problemi yaradan da, idarə edən də, erməniləri qızışdıran da Rusiyadır. Hətta ermənilər bizim hər cür şərtimizə razı olsa belə, Rusiya imkan verməyəcək ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Bunu birdəfəlik bilmək lazımdır.
- Siz Qərbin də, Rusiyanın da Qarabağ məsələsində tərəfsiz olmadığını, Ermənistanın yanında durduğunu qeyd edirsiniz. Bu halda Azərbayan nə etməlidir, hansı siyasət izləməlidir?
- Azərbaycan, eləcə də digər türk dövlətləri siyasi ağırlığını Türk Dövlətləri Təşkilatının güclənməsinə, təşkilatlanmasına, legitimləşməsinə qoymalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə atılan addımlar günümüzün tələblərinə cavab vermir. Bu saat Türk Dövlətləri Təşkilatının ordusu yaradılmalı, xarici siyasəti uzlaşdırılmalıdır. MDB qədər Türk Dövlətləri Təşkilatının da toplantıları keçirilməlidir. Məsələn, MDB-yə üzv dövlətlərin din xadimləri, prokurorları, nazirləri müxtəlif adlar altında toplaşır. Amma Türk Dövlətləri Təşkilatında bu fəallığı müşahidə etmirik. Çalışmaq lazımdır ki, Türk Dövlətləri Təşkilatı ciddi formada siyasi və regional qurum kimi BMT-də qeydiyyatdan keçsin və səyləri birləşdirilsin. Bu gün Qazaxıstanın, Qırğızıstanın, elə bizim də eyni problemlərimiz var. Bir halda ki, problemlərimiz eynidir, onda çalışmalıyıq ki, ortaq mövqedən çıxış edək. Bunun üçün Türk Dövlətləri Təşkilatının hərbi birlikləri yaradılmalıdır, vahid xarici siyasət müəyyən edilməli, iqtisadi layihələr gücləndirilməlidir və s. Əks təqdirdə, bu dövlətlərin hərəsinin bir yerdə, bir problemlə başını qatacaqlar. Bizim də diqqətimiz Qarabağa yönələcək. Sonda isə heç kəs öz problemini ayrılıqda həll edə bilməyəcək. Məncə, Türk Dövlətləri Təşkilatının inkişaf tempi dünyada gedən siyasi proseslərin sürəti ilə ayaqlaşmır. Bunu çox ciddi şəkildə sürətləndirmək lazımdır.
Rasim Əliyev
“AzPolitika.info”
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Sorğu üçün getmək də olar. Rəsmi İşğalçı Ermənistan və Hərbi Müttəfiqi Kreml digər müttəfiqi Azərbaycanın yuxarı Qarabağ ərazisini niyə 35 il sonra belə azad etmirlər? Bütün şərt və istəklərini tam və dəqiq yazılı izhar formasında bir ay müddətinə lütfən, Baklıya təqdim etsinlər! Halbuki, Ermənistan hələ 1987ci ildə bütün azərbaycanlıları zorla deport ediblər, Qarabağ erməniləri də bütün azərbaycanlı ailələrini oradan və ətraf rayonlardan soyqırım terroru ilə qovublar?
fikrimizcə 31 oktyabrda Soçiyə getməməliyik və Vaşinqton təkliflərinə razı olmalıyıq. Bu ən doğru seşim olardı. Bunu səmimi qəlbdən deyirik.